8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Düdelanj”ın yeni transferi: “Favorit “Qarabağ”dır”

Çempionlatr Liqasının II təsnifat mərhələsində sabah "Qarabağ"ın qonağı olacaq "Düdelanj" klubunun yeni transferi Momar N'Diaye Lüksemburq mətbuatına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- "Düdelanj"a keçidin necə alındı?

- Daha öncə dediyim kimi futbolçuyam və oynamaq istəyirəm. "Fola"dan getmək istədiyimi rəhbərliyə bildirdim, ancaq müəyyən səbəblərdən baş tutmadı. Lakin daha sonra "Düdelanj" rəhbərliyi mənimlə əlaqə saxladı. Klublar arasında razılıq əldə olundu və "Düdelanj"a keçdim. Hazırda burada olduğum üçün çox xoşbəxtəm.

- 28 yaşın olsa da, ilk dəfə Çempionlar Liqası matçında oynayacaqsan...

- Bəli, bu, əladır. Çempionlar Liqasında oynamaq mənim üçün maraqlı olacaq. Ümumi götürsək, bu adi bir matçdır. Biz də bu turnirdə bir şeylər etmək üçün əlimizdən gələni edəcəyik.

- Yeni klub və yeni baş məşqçi. Dino Topmöllerin oyun üslubu haqda nə deyə bilərsiniz?

- Topmöller oyunu oxumağı bacaran və topla oynamağı sevən bir məşqçidir. Bu, əladır. Komanda texniki cəhətdən çox güclüdür. Bu da onun bizdən daha yaxşı oyun tələb etməsini asanlaşdırır.

- Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibiniz "Qarabağ" haqda nə bilərsən?

- "Qarabağ" yaxşı komandadır. Onlar ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bu səviyyəyə yüksəlmək pis nəticə deyil. Beynəlxalq yarışlarda uğur əldə etmək üçün rəqibə ciddi yanaşmalıyıq. "Qarabağ" favoritdir, ancaq bizim də şansımız var. Futbolda oyun başlamazdan öncə qalib gəlmək mümkün deyil.

- Azərbaycana getmək, praktiki olaraq futboldan əsər-əlamət olmayan qeyri-müəyyən bir məkana getmək kimidir...

- Azərbaycan haqda danışarkən bir qədər suallar yaranır. Lakin artıq Azərbaycan futbol ölkəsinə çevrilir və bu ölkənin klubları özlərini Avropada göstərməyə başlayıblar. Beynəlxalq təcrübəsi olan bir sıra futbolçuları var ki, onlar da yaxşı futbolçulardır.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30