29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Leory Corc “Qarabağ”a qayıdır?

Ötən mövsüm “Qarabağ”dan ayrılaraq Türkiyə PTT 1-ci Liqasında müabrizə aparan “Göztəpə”yə keçən Leroy Corc yenidən Ağdam klubunun heyətində çıxış edə bilər. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin “Milliyət” qəzeti xəbər yayıb.

Bildirilib ki, keçən mövsümün ilk yarısında yaxşı çıxış edən, ancaq dövrə arasından sonra tədricən formadan düşən və yeni baş məşqçi Okan Buruk tərəfindən heyətdə düşünülməyən oyunçuya Azərbaycandan təkliflər var. Türk həmkarlarımızın iddiasına görə, hollandiyalı oyunçu ilə köhnə klubu “Qarabağ” və başqa iki klubumuz maraqlanır.

Okan Buruk Leroy Corcla bərabər belçikalı Fleminksin də satılana qədər formalarını itirməmələri üçün komanda ilə birlikdə məşq edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Leroy Corcla bərabər keçən yay “Qarabağ”ı tərk edib “Əskişəhərspor”a keçən makedoniyalı Muarem Muarem də başa çatan mövsümün dövrə arasında yenidən Azərbaycan çempionunun sıralarına qoşulmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31