28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” rəsmisi: “Samtredia”ya texniki məğlubiyyət verilməyəcək”

“Samtredia”ya texniki məğlubiyyət verilməyəcək. Çünki qaydalarda belə şey yoxdu”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən keçirilmiş “Qəbələ” - “Samtredia” matçında (5:1) texniki səhv qeydə alınıb. Belə ki, görüşün protokolunda qonaqların müdafiəçisi Cemal Qoqiaşvili 3 nömrəli futbolçu kimi göstərilsə də, meydana 18 nömrəli formada çıxıb.

Bundan xəbərdar olan “Qəbələ” rəsmiləri tərəfindən dərhal UEFA-nın nümayəndəsinə məlumat verilib. Nəticədə Qoqiaşvili fasilədə formasını dəyişərək, ikinci hissəyə 3 nömrəli futbolkada çıxıb.

Məsələ ilə bağlı danışan Səfiyarlı buna görə “Samtredia”ya texniki məğlubiyyət veriləcəyi ilə bağlı söz-söhbətləri təkzib edib: “Əgər adı protokolda göstərilmiş futbolçunun yerinə meydana başqa oyunçu çıxırsa, onda həmin komandaya texniki məğlubiyyət verilir. Bu cür halda isə texniki məğlubiyyətdən söhbət gedə bilməz. Belə olanda texniki səhv kimi qiymətləndirilir və kluba UEFA tərəfindən xəbərdarlıq edilir”.

Qeyd edək ki, matçdan sonra keçirilən mətbuat konfransında “Samtredia”nın baş məşqçisi Giya Tsedsadze də bunu texniki personalın səhvi adlandırmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31