8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Dani Kintana: "Düdelanj" güclü rəqibdir"

"Qarabağ"ın futbolçusu Dani Kintana hazırda Avstriyada davam edən təlim-məşq toplanışını dəyərləndirib. Futbolxeber.az saytının məlumatına görə, Dani Ağdam klubunn rəsmi saytına açıqlamasında bunları dilə gətirib: “Məşqlərimiz ağır keçir,  20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi.  Bütün fikrimizlə məşqlərə köklənmişik . Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçlarımız da var. Hər şey normal gedir.  Növbəti mövsümün hazırlığı üçün bu təlim-məşq toplanışını normal saymaq olar.

Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” komandasıyla qarşılaşacağıq. Düzünü desəm, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir.

Əminliklə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq, necə ki, keçən il bunu Monteneqro təmsilçisi "Rudar"la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30