29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Kəpəz” Türkiyədə ilk yoxlama oyununa çıxıb

“Kəpəz” Ərzurum toplanışında ilk yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubu Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə üz-üzə gəlib.

Yerli hakimlər briqadasının idarə etdiyi oyuna “sarı-göylər” iki fərqli heyətlə çıxıb. Birinci hissədə baş məşqçi Şahin Diniyev Davud Kərimi (Eyyub Əliyev), Tural Nərimanov, Azad Kərimov, Novruz Məmmədov, Elcan Rəhimov, Ceyhun Cavadov, Əli Səmədov, Fərid Məmmədov, Orxan Əliyev, Tural Rzayev  və Tural Qürbətova oynamaq şansı verib.

Fasilədən sonra isə məşqçilər korpusu meydana Tadas Simaitis, Tural Axundov, Şəhriyar Əliyev, Renan da Silva Alves, Şəhriyar Rəhimov, Kərim Diniyev, Vüqar Bəybalayev, Nicat Qurbanov, Dario Frederiko, Serjio Manuel Kosta Karneyro və Julien Ebahı buraxıb.

Matç qolsuz tamamlanıb - 0:0.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31