28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verdi

 “Qəbələ” 2016-2017-ci illər mövsümünün hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının ötən mövsümünün son turundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da Bakıda bir araya gəlib. “Qafqaz City Hotel”də məskunlaşan “Qəbələ” ilk məşqini “Bakı” klubunun bazasında gerçəkləşdirib. Komanda əsasən fiziki təmrinlərə və topsuz çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” növbəti məşqinə bu gün çıxacaq.

Xatırladaq ki, hazırlıq prosesinin 1-ci mərhələsini paytaxtda keçirən komanda məşqlərini iyunun 15-dək burada davam etdirəcək. Ardınca ölkə xaricinə yollanacaq Roman Qriqorçukun yetirmələri iyunun 16-dan 26-dək Gürcüstanın paytaxtı Tbilisidə hazırlıq keçəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31