29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Fərhad Vəliyev rəsmən “Sumqayıt”da

"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün ilk transferini reallaşdırıb. Futbolxeber.az saytının məlumatına görə, komanda Sumqayıt futbol məktəbinin yetirməsi olan 2006-cı ildən "Qarabağ"da çıxış edən Fərhad Vəliyevi heyətinə qatıb. Adıçəkilən qolkiper "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2006-cı ildən bəri 32 dəfə Azərbaycan millisində meydana çıxıb.

Qeyd edək ki, Fərhad karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016) (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31