29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ”nin oyunçuları Mars və Saturnu seyr etdilər

Gənclərin idmanla yanaşı intellektual inkişafının təminatını daim diqqətdə saxlayan “Qəbələ” İdman Klubu bu istiqamətdə daha bir təşəbbüs həyata keçirib. Futbolxeber.az saytının məlumatına görə, bu günlərdə “Qəbələ” Futbol Akademiyasının 15 yaşa qədər futbolçulardan ibarət komandasının oyunçuları üçün Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub. Gənc futbolçular əvvəlcə Pirqulunun gözəl təbiətini gəzib, rəsədxananın Astronomiya Muzeyini seyr edib və alimlərin iş şəraiti ilə tanış olublar.

Müəssisənin böyük elmi işçisi Bahadır Abdullayev “Qəbələ” futbolçularını salamlayaraq onlara astronomiya elmi, rəsədxana, teleskop və göy cisimləri haqqında geniş məlumat verib. Muzeyin eksponatları sırasında 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşmüş, tərkibi 92 faiz dəmir olan 127 kiloqramlıq meteorit “Qəbələ”lilərin xüsusi marağına səbəb olub.

Sonra rəsədxananın elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov və baş mütəxəssisi, bələdçi Müşfiq Hüseynov gənc oyunçulara Günəş sistemi, o cümlədən qalaktika, ulduz və planetlərdən ətraflı bəhs ediblər. Qəbələdən olan qonaqlar gecə saatlarında teleskopla Mars və Saturn planetlərini müşahidə ediblər (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31