Ölkə futbolu
1 futbolçu, 44 qol, ardıcıl 3-cü bürünc
Azərbaycan Premyer Liqasının 2015-2016-cı illər mövsümü başa çatıb. Futbolxeber.az saytının məlumatına görə, mayın 20-də yekun vurulan çempionatda “Qəbələ” ardıcıl 3-cü dəfə mükafatçılar sırasına düşüb, bürünc medallara yiyələnib. 2015-ci il avqustun 9-da start götürən çempionat 285 gün davam edib və Roman Qriqorçukun yetirmələrinin 3-cü yeri tutması ilə nəticələnib. Gabalafc.az saytı bürünc mükafatla başa çatan mövsümün statistik göstəricilərini təqdim edir.
Futbolçular
- Azərbaycan Premyer Liqasının 2015-2016-cı illər mövsümündə 31 futbolçu “Qəbələ”nin şərəfini qoruyub.
- 16 oyunçu “Qəbələ”də cari mövsüm debüt edib. Bunlar Aleksey Antonov, Andrey Popoviç, Derlis Meza Kolli, Ehtiram Şahverdiyev, Ermin Zets, Fakundo Pereyra, Georgi Floresku, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Rəşad Eyyubov, Roman Hüseynov, Sergey Zenyov, Vadim Abdullayev, Vaqif Cavadov, Vitali Vernidub və Vojislav Stankoviçdir.
- Azərbaycan Premyer Liqasının başa çatan mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirən Aleksey Qaydır. O, cəza üzündən buraxdığı 1 turdan başqa bütün oyunlarda iştirak edib - 35 oyun. Aleksey Antonov 32, Arif Daşdəmirov 30 matçın iştirakçısı olub. Qay meydanda hamıdan çox - 3041 dəqiqə olub.
- Ümumilikdə 15 futbolçu oyunların ən azı yarısından çoxunda - minimum 19 qarşılaşmada meydana çıxıb.
- 6 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar David Pietrzkieviç, Ehtiram Şahverdiyev, Georgi Floresku, Murad Musayev, Pavel Paşayev və Vadim Abdullayevdir.
- 30 futbolçudan 3-ü qapıçıdır: Dmitri Bezotosnı, Andrey Popoviç və David Pietrzkieviç. Sonuncu 1, Popoviç 8, Bezotosnı isə 28 qarşılaşmada meydana çıxıb.
- Digər 28 futbolçu isə sahə oyunçularıdır.
- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 17-si yerli, 14-ü legioner statusu daşıyır.
- Yerli statusa malik futbolçulardan 4-ü - Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Andrey Popoviç milliləşən oyunçulardır. Onlardan sonuncu ikisi Ukrayna, digərləri Rusiyadandır.
- Digər 14 legioner isə 9 ölkəni təmsil edir. Ukrayna daha çox - 4, Braziliya 3, Rumıniya, Serbiya, Argentina, Polşa, Bosniya və Herseqovina, Estoniya, Paraqvay isə 1 legionerlə təmsil olunub.
FUTBOLÇU |
OYUN |
DƏQİQƏ |
QOL (DƏQİQ/PENALTİ) |
SARI VƏRƏQƏ |
QIRMIZI VƏRƏQƏ |
Aleksey Qay |
35 |
3041 |
10 (4/4) |
6 |
0 |
Aleksey Antonov |
32 |
1858 |
7 |
4 |
0 |
Arif Daşdəmirov |
30 |
2428 |
1 |
4 |
0 |
Elvin Camalov |
29 |
2610 |
0 |
8 |
0 |
Dmitri Bezotosnı |
28 |
2437 |
-16 (2/2) |
0 |
0 |
Rəşad Sadiqov |
27 |
2021 |
1 |
4 |
1 |
Sergey Zenyov |
26 |
1794 |
2 |
1 |
0 |
Samir Zərgərov |
26 |
1519 |
3 |
4 |
0 |
Məhəmməd Mirzəbəyov |
25 |
1749 |
0 |
4 |
0 |
Vojislav Stankoviç |
24 |
2036 |
0 |
6 |
0 |
Ermin Zets |
23 |
1502 |
7 |
8 |
0 |
Ürfan Abbasov |
21 |
1484 |
0 |
5 |
0 |
Rafael Santos |
20 |
1780 |
2 |
6 |
0 |
Dodo |
19 |
1553 |
2 (0/1) |
1 |
0 |
Asif Məmmədov |
19 |
1179 |
2 |
4 |
0 |
Ruslan Abışovə |
17 |
1443 |
0 |
3 |
0 |
Rəşad Eyyubov |
17 |
756 |
1 |
1 |
0 |
Rikardinyo |
16 |
1006 |
0 |
3 |
0 |
Fakundo Pereyra |
14 |
692 |
4 |
0 |
0 |
Vitali Vernidub |
11 |
921 |
0 |
6 |
0 |
Andrey Popoviç |
8 |
720 |
-11 |
0 |
0 |
Qismət Alıyev |
6 |
463 |
0 |
0 |
0 |
Derlis Meza Kolli |
4 |
115 |
0 |
0 |
0 |
Vaqif Cavadov |
3 |
159 |
0 |
0 |
0 |
Roman Hüseynov |
3 |
9 |
0 |
0 |
0 |
Murad Musayev |
1 |
90 |
0 |
0 |
0 |
David Pietrzkieviç |
1 |
83 |
-1 |
0 |
0 |
Vadim Abdullayev |
1 |
77 |
0 |
0 |
0 |
George Floresku |
1 |
45 |
0 |
0 |
0 |
Pavel Paşayev |
1 |
45 |
0 |
0 |
0 |
Ehtiram Şahverdiyev |
1 |
8 |
0 |
0 |
0 |
Qollar
- Bu oyunçulardan 12-si qol sevinci yaşayıb. Komandanın ən məhsuldar futbolçusu Aleksey Qay 10 qol vurub. Aleksey Antonovla Ermin Zets 7, Fakundo Pereyra 4, Samir Zərgərov 3, Asif Məmmədov, Sergey Zenyov, Dodo, Rafael Santos 2, Rəşad Sadiqov, Rəşad Eyyubov və Arif Daşdərmirov 1 dəfə fərqləniblər.
- 8 futbolçu “Qəbələ”nin heyətində Azərbaycan çempionatında ilk qolunu arxada qalan mövsümdə vurub. Bunlar Antonov, Zets, Pereyra, Zenyov, Santos, Sadiqov, Eyyubov və Daşdərmirovdur.
- Daha 2 qol isə avtoqol sayəsində gerçəkləşib. Cəmil Hacıyev (“Sumqayıt”) və Kamil Hüseynov (AZAL) “Qəbələ” ilə qarşılaşmalarda öz qapısına qol vurublar.
- “Qəbələ”nin oyunçuları isə avtoqola üzülməyiblər.
Penaltilər
- Komandamızın lehinə 5 penalti təyin edilib. Bu zərbələrin 4-ü qolla nəticələnib.
- 4 dəfə 11 metrlik nöqtəyə yaxınlaşan Aleksey Qayın bütün zərbələri dəqiq olub. Dodo isə yeganə imkanını qaçırıb.
- “Qəbələ”nin qapısına təyin edilən 2 penaltidən hər ikisi dəqiq olub. Dmitri Bezotosnı 2 dəfə 11 metrlik nöqtədən qol buraxıb.
Vərəqələr
- “Qəbələ” mövsüm ərzində ümumilikdə 79 vərəqə alıb. Bunlardan 78-i sarı, 1-i qırmızıdır. Meydandan kənarlaşdırılan yeganə oyunçu Rəşad Sadiqov birbaşa qırmızı vərəqə alıb.
- 31 futbolçudan 18-i mövsüm ərzində vərəqə alıb. Elvin Camalov və Ermin Zets hamıdan çox – hərəyə 8 sarı vərəqə görüb.
- 13 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb. Onlar arasında ən çox oyun keçirən Dmitri Bezotosnıdır. O, 28 matçda cəzasız qalıb.
Seriyalar
- Ən uzun qələbə seriyası - 4 oyun (5-8-ci turlar).
- Ən uzun qələbəsiz seriya – 6 oyun (9-14-cü turlar)
- Ən uzun heç-heçə seriyası – 3 oyun (12-14-cü turlar)
- Ən uzun heç-heçəsiz oyunlar seriyası – 7 oyun (2-8-ci turlar)
- Ən uzun məğlubiyyət seriyası – 3 oyun (25-27-ci turlar)
- Ən uzun məğlubiyyətsiz seriya – 6 oyun (5-10-cu və 28-33-cü turlar).
- Ən uzun qollu seriya – 8 oyun (1-8-ci oyunlar). Ötən mövsümün son 13 matçını da qolsuz tərk etməyən “Qəbələ” ümumilikdə ardıcıl 21 qarşılaşmada qol vurmaqla klub tarixinin rekordunu müəyyənləşdirib.
- Ən uzun qol vurmamaq seriyası – 2 oyun (9-10-cu və 16-17-ci turlar).
- Ən uzun quru seriya – 6 oyun (5-10-cu turlar).
- 1-ci turun “Qarabağ”la evdə keçirilən oyunun (2:2) 83-cü dəqiqəsində qol buraxan Dmitri Bezotosnı XI turun “Kəpəz”lə ev matçının 2-ci dəqiqəsinədək qapısını toxunulmaz saxlayıb. Bu müddətdə “Qəbələ”nin qol buraxdığı yeganə görüşdə iştirak etməyən qolkiper 8 quru oyunu sıralayıb. Hesabına 729 quru dəqiqə yazan ukraynalı Azərbaycan çempionatları tarixində 14-cü, klub tarixində 2-ci göstəriciyə imza atıb. O, “Qəbələ”nin heyətində yalnız 952 dəqiqəlik seriyaya malik Pavel Doroşevdən geri qalıb.
- Ən uzun ardıcıl qol buraxmaq seriyası – 4 oyun (11-14-cü, 16-19-cu, 24-27-ci turlar).
Tamaşaçı
- “Qəbələ” ev oyunlarının hamısını Qəbələ şəhər stadionunda keçirib.
- “Qəbələ”nin 18 ev oyununu 25350 tamaşaçı izləyib.
- Ən çox tamaşaçı “Qarabağ”la martın 19-da keçirilən oyunda qeydə alınıb – 4000.
- Ən az tamaşaçı isə noyabrın 1-də “Kəpəz”lə oyunda qeydə alınıb - 300.
- Çempionatdakı ev oyunlarında orta tamaşaçı sayı 1408-ə bərabər olub.
- “Qəbələ”nin səfər oyunlarını 34630 tamaşaçı izləyib.
- Bu qarşılaşmalarda orta tamaşaçı sayı 1924-dür.
Faktlar
- Komandanın ən yaşlı futbolçusu Aleksey Qay olub. Ukraynalı 33 yaş 196 günlüyündə meydana çıxıb.
- Komandanın ən gənc futbolçusu isə Roman Hüseynovdur. O, 17 yaş 232 günlüyündə meydana çıxıb.
- Ümumilikdə mövsümün sonunadək 31 futbolçudan 7-si 30 yaş həddini aşıb.
- Aleksey Qay 33 yaş 196 günlüyündə qol vurub. O, komandanın mövsüm üçün ən yaşlı qolçusu olub.
- Ən gənc qolçu isə Rəşad Eyyubovdur. O, 23 yaş 93 günlüyündə fərqlənib.
- Komandanın fərdi qol seriyası Aleksey Qaya məxsusdur. O, ardıcıl 3 turda qol sevinci yaşayıb. Aleksey 5-7-ci turlarda fərqlənib.
- “Qəbələ” 19 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”lara 2 qapıçı imza atıb. Dmitri Bezotosnı 18, Andrey Popoviç 1 belə matç keçirib.
- Çempionat ərzində “Qəbələ”ni meydana 4 kapitan çıxarıb: Dodo – 18, Rəşad Sadiqov – 11, Aleksey Qay – 6, Ürfan Abbasov – 1.
- “Qəbələ”nin oyunlarında 8 hesab variantı qeydə alınıb. 1:0-a daha çox – 11 dəfə təsadüf olunub. 2:1 – 6, 2:0, 1:1 və 0:0 hərəsi 4, 2:2 və 3:0 hərəsi 3, 6:0-a 1 dəfə qeydə alınıb.
- “Qəbələ”nin oyunlarını 9 hakim idarə edib: Rəhim Həsənov - 10,, Ömər Paşayev - 5 , Əliyar Ağayev, Fariz Yusifov, Rauf Cabbarov, Rəvan Həmzəzadə - 4, Elvin Əsgərov – 3, İnqilab Məmmədov, Orxan Məmmədov – 1.
- “Qırmızı-qaralar”ın oyunlarında poker və het-trik qeydə alınmayıb.
- “Qəbələ” 2 dubla imza atıb. Ermin Zets və Fakundo Pereyra hərəyə 1 dəfə bir oyunda 2 qol vurub.
- “Qəbələ” 3 dəfə böyük hesabla qalib gəlib. Komanda səfərdə “Rəvan”la “Zirə”ni 3:0, evdə “Xəzər Lənkəran”ı 6:0 hesabı ilə məğlub edib.
- “Qırmızı-qaralar” 1 dəfə böyük hesabla yenilib. Komandamız rəqib meydanında “Kəpəz”ə uduzub – 0:3.
- Premyer Liqada 36 oyuna 44 qol vuran “qırmızı-qaralar”ın orta məhsuldarlığı 1,2 olub. 28 qol buraxan komandamız hər matçda orta hesabla 0,78 topa üzülüb.
- Səfərdə 10 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə uduzan, 22 top vurub, 15-ni buraxmaqla, 33 xal toplayan “Qəbələ” rəqib meydanlarında ən uğurlu mövsümünü keçirib.
- “Qəbələ” tarixində 2-ci dəfə, həm də ardıcıl olaraq, Premyer Liqada səfərdə evdəkindən daha çox xal toplayıb. Komandamız evdə 26 xal qazanıb: 6 qələbə, 8 heç-heçə, 4 məğlubiyyət, top fərqi 22-13.
“Qəbələ”nin Azərbaycan Premyer Liqasında bütün oyunları
2015/16 mövsümü
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
15.08.2015. AZAL (Bakı) - Qəbələ - 0:2
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
12.09.2015. İnter (Bakı) - Qəbələ - 2:1
21.09.2015. Qəbələ - Sumqayıt - 1:0
25.09.2015. Rəvan (Bakı) - Qəbələ - 0:3
04.10.2015. Qəbələ - Xəzər Lənkəran - 6:0
17.10.2015. Neftçi (Bakı) - Qəbələ - 0:1
25.10.2015. Qəbələ - Zirə (Bakı) - 0:0
28.10.2015. Qəbələ - AZAL (Bakı) - 0:0
01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
09.11.2015. Qəbələ - İnter (Bakı) - 1:1
21.11.2015. Sumqayıt - Qəbələ - 2:2
30.11.2015. Qəbələ - Rəvan (Bakı) - 1:1
06.12.2015. Xəzər Lənkəran - Qəbələ - 0:1
13.12.2015. Qəbələ - Neftçi (Bakı) - 0:1
16.12.2015. Zirə - Qəbələ - 1:0
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0
07.02.2016. İnter (Bakı) - Qəbələ - 0:1
14.02.2016. Qəbələ - Sumqayıt - 1:0
21.02.2016. Rəvan (Bakı) - Qəbələ - 0:1
27.02.2016. Qəbələ - Xəzər Lənkəran - 0:0
05.03.2016. Neftçi (Bakı) - Qəbələ - 1:2
13.03.2016. Qəbələ - Zirə (Bakı) - 1:2
19.03.2016. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
30.03.2016. AZAL (Bakı) - Qəbələ - 2:1
03.04.2016. Qəbələ - İnter (Bakı) - 0:0
09.04.2016. Sumqayıt - Qəbələ - 1:1
15.04.2016. Qəbələ - Rəvan (Bakı) - 2:0
23.04.2016. Xəzər Lənkəran - Qəbələ - 0:1
01.05.2016. Qəbələ - Neftçi (Bakı) - 2:2
07.05.2016. Zirə - Qəbələ - 0:3
11.05.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
15.05.2016. Qəbələ - AZAL (Bakı) - 2:0
20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq