Ölkə futbolu
“Bakı” mənə yiyə durmasaydı..."
"Bakı"nın və milli komandamızın qapıçısı Kamran Ağayev "Toplu Bakı" jurnalına müshaibə verib. Futbolxeber.həmin müsahibəni təqdim edir:
- Kamran, əvvəlcə özünüz və ailəniz barədə məlumat verərdiniz...
- Mən Dəvəçi rayonunda müəllim ailəsində doğulmuşam. 4 yaşa kimi nənəmin yanında böyümüşəm. Ümumiyyətlə, uşaqlıq illərim orda-burda keçib. 9 yaşımdan etibarən yenidən ana-atamdan ayrı yaşamağa başlamışam. Uşaqlıqdan ailəcanlı olmuşam. Lakin futbola görə Bakıda yaşamağa məcbur olmuşam. Valideynlərə gəldikdə, atam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Gənclik illərində o da futbolla məşğul olsa da, peşəkar səviyyədə olmayıb.
- Bəs, futbola gəlişinizi necə xatırlayırsınız?
- Futbola getməzdən öncə, müxtəlif idman növləri ilə məşğul olmuşam. Hələ orta məktəbdə oxuduğum vaxtlarda idmana həvəsim özünü biruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağım olub. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşam. Dəvəçi rayonunda bir müddət müxtəlif idman növləri ilə məşğul olsam da, marağım futbola olduğu üçün valideynlərimdən məni futbola yazdırmalarını xahiş etdim. Bir müddət akrobatika və futbolla paralel olaraq məşğul olurdum. Valideynlərim futbola getməyimə qarşı idi. İlk vaxtlar narazı olsalar da, sonradan bunu qəbul etdilər. İlk dəfə meydana rayonun “Bərəkət” komandasında çıxmışam. Bu komandada baş məşqçi atam - Adilxan Ağayevin nəzarəti ilə futbol oynayırdım. Bu baxımdan da, ilk məşqçimin atam olduğunu demək olar. Burada çıxış etdiyim zaman məşqçi İslam Kərimov məni gördü və oradan 17 yaşlılardan ibarət milliyə gətirdi. 15 yaşımda 17 yaşlılardan ibarət futbol üzrə yığma komandanın heyətinə cəlb edildim. Yığmada göstərdiyim oyunlar ilə Bakı klublarının məşqçilərinin diqqətini çəkdim. Elə həmin ildə Bakının “Şəfa” klubuna dəvət aldım. Baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında 2001-ci ildə Azərbaycan kubokunun sahibi oldum. Milliylə bərabər bu komandada oynamağa davam edirdim. Ardıcıl olaraq U-17, U-19 və U-21-də çıxış etdim. 2004-cü ildə “Turan”a keçdim. İki ilə yaxın Tovuz klubunun şərəfini qorudum.
- 7 ilə yaxın “Xəzər Lənkəran” klubunda çıxış etdiniz. Hətta son illərdə kapitanlıq sarğısı da sizə həvalə olunmuşdu...
- Ən yaxşı vaxtlarım, ən formada olan vaxtlarım “Turan”da olub. Amma ən yaddaqalan mövsümüm 2008/2009-cu illərdə olub. Düzdür, Lənkərana bişmiş bir futbolçu kimi gəlmişdim. Orada gözəl günlər yaşadım: çempion olduq, MDB-nin kubokunu qazandıq. Təəssüf ki, bizi çox pis bir şəkildə 6 ay futboldan kənarlaşdırdılar. “Bakı” komandası mənə yiyə durmasaydı, futboldan kənar qalacaqdım.
- Milli komandanın əsas üzvlərindən birisən. Zəngin milli komanda karyerana nəzər salarkən nələr yada düşür...
- İlk dəfə Uels millisinə qarşı səfər oyununda meydana çıxmışam. 1:0 uduzduq. İndiyə kimi yadımdadır, 78-ci dəqiqədə qol buraxdıq. Həmin oyunu yüksək səviyyədə keçirmişdim. Hələ zədələnməmiş bir futbolçu idim. 5 ildən çoxdur ki milli komandadayam. Bu müddətdə Almaniyaya 6:0 (əslində həmin oyun - 6:1 qurtarıb - red) uduzduğumuz oyun məni çox yandırır. Bu oyunu hər zaman xatırlayıram. Ümumiyyətlə, futbol karyeramda 6 top buraxmamışdım. İdman elədir ki, pis oyunlar adamın yadında qalır. İllər mənə çox şey öyrədib. Başa düşmüşəm ki, futbolçuya bu gününə görə qiymət verirlər. Bu gün oynaya bilirsənsə, hörmətin də olur, qiymətin də. Millidə əsas oyunçu yox, aparıcı üzvlər olur. Bu gün millinin baş məşqçisi Berti Foqts bizə etimad göndərirsə buna görə ona minnətdaram. Amma millidə heç kim daimi deyil. Milli - bütün futbolçuların üzünə açıqdır.
- Ötən il futbolçu həyatınızda bir sıra şanssızlıq yaşadınız. Hətta futbolçu karyeranızı bitirəcəyiniz barədə xəbərlər də yayılmışdı...
- Bir neçə dəfə ciddi zədələrim oldu. Uzun müddət bel ağrısından əziyyət çəkdim. Onurğa sütunumdan, dizimdən əməliyyat olundum, beynim silkələndi və idmandan çox kənar düşdüm. Onurğadan əməliyyat edilən futbolçuların əksəriyəti karyerasını bitirməli olur. Mənim bəxtim gətirdi.
- Klubun akademiyasında futbolla məşğul olan 500-ə yaxın uşaq və yeniyetməyə hansı məsləhətləriniz var?
- “Bakı”ya keçməmişdən öncə də bu komanda haqqında müsbət fikirlər eşitmişdim. Gəlib-görəndən sonra bir daha əmin oldum. Bizim dövrümüzdə uşaqlar üçün belə şərait yox idi. Belə şəraitin tək “Bakı”da yox, bütün klublarda yaradılmasını arzulayıram. Akademiyalar nə qədər çox olsa, yaxşı futbolçularımız da çoxalar. Biz də seçilə-seçilə bu günlərə çatmışıq. Mən çox istərdim ki, bu uşaqların hamısı yaxşı futbolçular olsun, qabağa getsinlər. Amma təəssüf, futbol elədir ki, 100 uşaqdan birinin yaxşı gələcəyi olur. Futbolun yazılmamış qanunu budur. Uğur kimin qismətində varsa, o da futbolçu olacaq. Onlara Azərbaycanı xaricdə tanıtdırmağı arzulayıram. Avropaya doğru can atın!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq
-
11:52
Süleyman Əhmədov daha bir il "Səbail"də
-
11:24
"Qarabağ"ın müdafiəçisi Belçikaya qarşı oynadı
-
10:11
UEFA-nın C kateqoriyalı məşqçi kursları start götürüb
-
09:47
Azərbaycan Karate Federasiyasında yeni təyinatlar reallaşıb
-
09:30
Azərbaycan - Bolqarıstan - 3:1 VİDEO
-
22:25
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
-
22:13
“Hypers” II Liqaya vəsiqə qazandı VİDEO
-
20:41
Minifutbol millimiz 1/4 finalda
-
19:34
Məktəblilərin güləş üzrə Respublika çempionatında növbəti qaliblər müəyyənləşib
-
18:57
II Liqaya vəsiqə qazanan komanda məlum oldu
-
18:00
Rüfət Abdullazadə daha 2 il "Səbail"də
-
17:29
“Zirə”dən 2 transfer - RƏSMİ
-
17:18
Millimizin üzvü: "Çox istərdim ki, "Dördlər finalı"na yüksələk"
-
16:37
"Səbail"da 2 illik yeni müqavilə
-
16:02
Milli Paralimpiya Komitəsində yeni təyinat olub
-
15:43
“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı
-
15:25
Qazaxıstan millisini Azərbaycanla oyuna Çerçesov çıxarmayacaq
-
14:56
Bojoviç "Neftçi"dən gedişi barədə: "...razılığa gəlmədiyimiz üçün komandadan ayrıldım"
-
14:34
“Zirə” Türkiyəyə yollanır
-
14:13
Antonio Kontenin yeni klubu müəyyənləşdi
-
13:48
“Səbail”lə Səlahət Ağayevlə yollarını ayırdı
-
13:09
Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək
-
12:51
Alexandro Serrano daha bir il "Turan Tovuz"da
-
12:27
Azərbaycan şahmatçılarından 3 qələbə