7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Bezotosnı daha 1 il “Qəbələ”də

“Qəbələ” qapıçısı Dmitri Bezotosnı ilə müqavilə müddətini uzadıb. Futbolxeber.az saytının məumatna görə, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 32 yaşlı qolkiper daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin şərəfini qoruyan Bezotosnı komandanın heyətində 2014-2015 və 2015-2016 mövsümlərində Premyer Liqanın bürünc mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 61 matçda 41 qol buraxıb. Ukraynalı qapıçı Premyer Liqada 43 oyunda 23, Azərbaycan kubokunda 6 matçda 7, Avropa Liqasında 12 qarşılaşmada 11 dəfə qapısında qol görüb. Dmitri 2015-2016-cı illər mövsümündə Premyer Liqada ən çox “quru” oyun keçirən qapıçıdır. O, meydana çıxdığı 28 matçın 18-də qapısını toxunulmaz saxlayıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30