11 Iyun 2024, Çərşənbə axşamı
Millimiz Macarıstana qarşı
PFL Qara Qarayevi mükafatlandırdı
“Səbail” Türkiyəyə yollanacaq
"Qarabağ"dan qapıçı transferi

Ölkə futbolu

"Yaradılan şəraitin qarşılığında Lüksemburqu mütləq məğlub etməliyik"

 

"Lüksemburqun Portuqaliyaya qarşı keçirdiyi oyunu izləmişəm. Onların oyun tərzi hardasa Polşa, Çexiya millilərinə bənzəyir. Amma təbii ki, ifaçıların ustalıq səviyyəsi arasında fərq böyükdü. Fiziki cəhətdən pis deyillər. Lakin komanda şəklində Lüksemburq zəifdi". Bu sözləri Futbolxeber.az-a verdiyi açıqlamada "Turan"ın baş məşqçisi Əfqan Talıbov deyib.

Talıbov qeyd edib ki, milli komandamız Lüksemburqu mütləq üstələməlidi: "AFFA rəhbərliyi milli üçün yüksək şəriat yaradıb. Foqtsun istəyinə əsasən komanda əla hazırlıq keçir. Yaradılan şəraitin qarşılığında mütləq Lüksemburqu məğlub etməliyik. İnanıram ki, komandamız bunu bacaracaq. Hər bir futbol adamanın da arzusudur ki, yığmamız qələbə qazasın. İnşallah, futbolçularımız ümidləri doğruldub, vətənə qələbə ilə dönərlər. Bu halda yığmamız Portuqaliya ilə oyundan öncə ruh yüksəkliyi qazancaq. Azarkeşlərin də yığmaya olan inamı artacaq".

Ə.Talıbov qeyd edib ki, millimiz Lüksemburqu məğlub etmək üçün mütləq ilk qolu vuran tərəf olmalıdı: "Qəbələ qazanmaq üçün komandamız ilk dəqiqədən son saniyəyədək diqqətli oynamalıdır. Heç cür sayıqlığı əldən vermək olmaz. Qələbə qazanmaq istəyiriksə, mütləq hesabı açan tərəf biz olmalıyıq. Çünki Lüksemburq, Lixtenşteyn kimi komandalar ilk qolu vurduqdan sonra onları məğlub etmək bir qədər çətinləşir. Həm hesabda önə keçirlər, həm də özünəinamları daha da artır. Bunun üçün mütləq hesabı yığmamız açmalıdı. Bunu bacarsaq, rəqib ruhdan  düşəcək ki, bu da işimizi asanlaşdıracaq".

   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30