7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Abdullayev “200”ü qolla qeyd etdi

Araz Abdullayev kapitanı olduğu “Neftçi”nin heyətində 200-cü oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXV turunun “İnter”lə ev oyununa təsadüf edib. Bunadək “ağ-qaralar”ın heyətində bütün turnirlərdə ümumilikdə 199 matç keçirən Abdullayev komandasının 4:2 hesablı əzmkar qələbə qazanmasına 1 qolla da töhfə verib. Bu, onun 200-cü matçda 31-ci qolu olub.

Araz ardıcıl 2-ci tur “Neftçi”də yubiley qeyd edir. XXXIV turun “Kəpəz”lə səfər matçında Premyer Liqada 150-ci oyununa çıxan yarımmüdafiəçi 200 matçın artıq 151-ni çempionatda keçirib. O, ölkə kubokunda 27, Superkubokda 1, avrokuboklarda 21 dəfə ağ-qara forma geyinib.

Xatırladaq ki, Araz 2008/09 mövsümündə debüt etdiyi “Neftçi”nin indiki heyətində komandada ən çox oyun keçirən futbolçudur (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30