9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi” ümidini təkcə kuboka bağlamayıb”

“Bu gün qələbə bizə mütləq lazım idi. Çünki turnir cədvəlində AZAL-ı geridə qoymalıyıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.

Gənc futbolçu Premyer Liqanın 33-cü turunda AZAL-a 3:1 hesabı ilə qalib gəldikləri görüş haqda bunları söyləyib: “Neftçi” ümidini təkcə kuboka bağlamayıb. Çempionatda da uğurlu nəticə qazanmaq istəyirik. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Çünki “Neftçi” hazırda layiq olduğu yerdə deyil. Bu vəziyyətə birgə düşmüşük, yenidən yuxarı da birgə qalxmaqlıyıq”.

Rəhman Hacıyev “Neftçi”nin son oyunlarda uğurlu çıxış etməsinin səbəbini açıqlayıb: “Komandanın oyun sxemi dəyişdi. Bəlkə də bu məqam çıxışımıza təsir edir. Son 3 oyunda uğurlu çıxış edirik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı görülərdə də uğur qazanaq”.

“Neftçi”nin aparıcı üzvü ölkə kubokunu qazanmaq istədiklərini vurğulayıb: “Təbii ki, “Qarabağ”a qalib gələcəyimizə inanırıq. Bunun üçün əlimizdən gələni edirik. Məqsəd kuboku qazanmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30