10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Ölkə futbolu

Rail Məlikov: “Bir ayağımla da olsa, komandama kömək etməliyəm”

“ƏVVƏLKİ “NEFTÇİ”DƏN ƏSƏR-ƏLAMƏT QALMAYIB”

AZAL-ın kapitanı Rail Məlikov Futbolxeber.az saytına müsahibə verib.

- AZAL “Xəzər Lənkəran” üzərində minimal hesablı qələbə qazandı. Oyunun bu qədər çətin alınacağını gözləyirdiniz?

- Ötən tur “Rəvan”la oyundan öncə komandada arxayınçılıq oldu. Yekunda da bunun layiqli cavabını aldıq. Ona görə də “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq. Qalib gəldik. Uşaqlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Komanda verilən tapşırıqları yerinə yetirdi.

- Birinci hissədə sanki AZAL bir qədər özünə bənzənmirdi...

- Ola bilər. Bəzi oyunçularda təcrübə çatışmır. Biz əksər oyunların ilk 15-20 dəqiqəsində inamlı təsir bağışlamırıq. Bu dəfə də elə oldu. Matçın əvvəlində rəqibin qol vurmaq üçün şansları vardı. Sağ olsun qapıçımız, qola imkan vermədi.

- Bəlkə mövsümün sonu olduğu üçün komanda yorulub?

- Yorğunçuluq da ola bilər, təzyiq də. Hazırda Avroliqaya yollanmaq şansımız var. Bu da müəyyən qədər təzyiq yaradır. Halbuki mövsümün əvvəlində heç kim bu cür yaxşı çıxış edəcəyimizi düşünmürdü.

- Oyunun gedişində zədələnsən də, kapitan kimi sona qədər komandana kömək etdin. Hazırda vəziyyətin necədir?

- Deyəsən, zədəm ciddidir. MRT-dən keçməliyəm. 1 ayağımla da olsa, komandama kömək etməliyəm.  Uşaqlara da təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar. Daim komandamın yanında olmalıyam.

- Növbəti turda “Neftçi” ilə oyunda meydana çıxa biləcəksən?

- Mütləq meydana çıxmalıyam. Zədəli olsam belə, çıxıb oynamalıyam

- “Neftçi” ilə oyun sənin üçün xüsusi əhəmiyyət kəsb edəcək?

- Yox. Əvvəlki “Neftçi”dən əsər-əlamət qalmayıb. Komanda hazırda adınalayiq vəziyyətdə deyil.

- AZAL artıq Avroliqada oynamağın həyəcanını hiss edir?

- Avroliqanın nəfəsini hiss edirik. Hazırda komandamızda cavanlar çoxdur, bunu tam dərk etmirlər. Mən də hər dəfə məşqlərdə bu barədə çalışıram onlarla danışım. Uşaqlar bilməlidirlər ki, Avroliqada oynamaq onlar üçün bir şansdır. Özlərini yaxşı tərəfdən göstərsələr, xarici klubların diqqətini cəlb edə bilərlər.Bu, onlar üçün stimul olmalıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30