Ölkə futbolu
Tərlan Əhmədovdan həyəcan siqnalı: “Kənar amillər nəticəyə təsir etməsin”
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Ötən həftə “Rəvan”a məglubiyyət bir qədər gözlənilməz oldu. Həm də mükafat üçün çempionatın favoritləri ilə ciddi mübarizə aparan AZAL-ın belə məqamda vacib xallar itirməsi Avrokuboklara düşməyi hədəfləyən komandanın şanslarını azaltdı. Sizə elə gəlmir ki, bu məglubiyyət sizin mövsüm ərzində çəkdiyiniz əziyyəti heçə endirəcək?
- “Rəvan”la qarşılşamada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində biz iddialı yerlər haqda fikirləşmirdik, elitada qalmagı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq şansını qaçıra biləcəyimizdən qorxuruq. Deməli, minimum vəzifə yerinə yetirilib. Ona görə də son məglubiyyət geniş mənada faciəyə çevrilməməlidir. Avrokuboklar üçün hələ də şansımız var və hər şey öz əlimizdədir. Sona qədər mübarizə aparacagıq. Bu mövsümdə çox çətinlik görmüşük, tənqidlərə hədəf olmuşuq. Amma heç vaxt təslim olmamışıq. Əksinə bunlar bizi daha da birləşdirdi, komanda kimi formalaşdırdı. AZAL-da çox saglam kollektiv var və ugurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məglubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz.
- Amma həmin oyundakı itkilər yəqin ki sizi təəssüləndirir. İlqar Ələkbərov, Kamal Mirzəyev, Murad Səttarlının durumu nə yerdədir?
- Zədə məsələsi ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən biz tam heyətlə mübarizə apara bilmirik. Bu epidemiya bizdən əl çəkmir. Əvvəl kapitan Seymur Əsədov zədələnərək mövsümü erkən bitirdi. Daha sonra Taqim Novruzov sıradan çıxdı. Adan Koronado qış toplanışında agır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlı əzələsini dartıb, ağrıları var. İlqar Ələkbərov belindəki ağrılardan əziyyət çəkir. Bu siyahı hər şeyi deyir.
- Deməli mövsümün ən vacib oyunlarından sayılan “Xəzər-Lənkəran”la görüş də seçim məhdudiyyəti ilə üz-üzə qalacaqsınız. Belə bir həlledici məqamda futbolçu qıtlıgı bütün planlarınızı pozmayacaq?
- Biz heç vaxt bədbinliyə qapılmamışıq. Hər dəfə agır durumdan çıxmagı bacarırıq. Sabah da meydançaya mübariz heyətlə çıxacagıq. Bizdə hər bir futbolçu digərini layiqincə əvəzəməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi üzmürük. Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, Avrokubok iştirakçıları müəyyənləşir. AZAL-in rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq dogurur. Söz-söhbətlər çoxalır, komadalar haqda arzuolunmaz fikirlər səslənilir. Nə bilim, filan komanda kubok alacaq, filan komanda hansısa yeri tutacaq, kimsə-kimə kömək edəcək. Bu da təbiidir. Ağır mövsüm sona çatmaqdadı. Komandalar kimi hakimlər də istər-istəməz gərginlikdən payını alırlar. Onları da haradasa başa düşmək olar. Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdırlar. İndiyə qədər AZAL hakimlər tərəfdən heç vaxt haqsızlığa ugramayıb. Bır-iki oyunda neqativ hallarla üzləşmişik. Umumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahki oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi ugurumuzu əldən verək. Bax onda mövsümü boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən xahişimizdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib