Ölkə futbolu
“Qəbələ” bəyan edir: Vəziyyət bu şəkildə davam edəcəyi təqdirdə ...
“Qəbələ” klubu bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:
- Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. “Qəbələ” İdman Klubu (İK) da hər zaman Azərbaycanın idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz töhfələrini verməyə çalışmışdır. “Qəbələ” İK-da, heç şübhəsiz ki, eyniadlı futbol klubu şərəfli yer tutur. “Qəbələ” Futbol Klubu (FK) 2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olmuşdur. Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol azarkeşlərinə böyük sevinc bəxş edilmişdir.
“Qəbələ” FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz oyunu ilə daxili çempionatda da iddialarını davam etdirmiş, yüksək yer tutmaq məqsədi ilə əzmlə çalışmışdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı bir-birini əvəz edərək, kluba ciddi problem yaratmışdır. Bu hal nəinki, klub üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol hərəkatına hörmət gətirmir.
Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da, klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməmişdir. Çox maraqlıdır ki, “Qəbələ”nin beynəlxalq aləmdə uğurlarından sonra, bu hal mütəşəkkil xarakter almışdır. Belə bir vəziyyətin yalnız “Qəbələ” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına münasibət bildirmək zərurəti yaranmışdır. “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir etmişdir.
Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik etmişdir. Ağayevin bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən “Qəbələ”nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna bilməz. Beləliklə, “Qəbələ”nin rəqib komandalarla futbol matçı faktiki olaraq hakim Ağayevin “Qəbələ” ilə rəqabətinə çevrilmişdir. Ağayev 10 avqust 2015-ci il tarixində “Qəbələ”nin “Qarabağ”la keçirilən mövsümün açılış oyununda “Qəbələ”nin qapısına əsası olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək, Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib, meydandan qovmuşdur. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdır. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən “Qəbələ” 2:1 hesabı ilə uduzmuşdur. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba almış və oyun 1:1 hesabı ilə başa çatmışdır. “Qəbələ”nin 9 aprel 2016-cı ildə “Sumqayıt” klubu ilə keçirilən oyununda Ağayevin qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən “Qəbələ”nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə yekunlaşmışdır.
“Qəbələ”yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə “Neftçi” ilə Bakıda keçirilən oyunda da yol verilmişdir. Bu oyunda da hakim “Qəbələ”yə qarşı qərəzi ilə fərqlənən Ağayev olmuşdur. O, “Qəbələ”nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti verməmiş, əksinə onu sarı vərəqə ilə cəzalandırmışdır. Bu az imiş kimi oyunun sonuna yaxın “Qəbələ” futbolçularından birinə qırmızı vərəqə göstərərək meydandan çıxarmış, beləliklə, matçın 1:1 hesabı ilə başa çatmasına şərait yaratmışdır. Ağayevin “Qəbələ” - “Neftçi” oyununda nəticəyə təsir göstərən qərəzi yalnız “Qəbələ” tərəfindən deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi etirazla qarşılanmış, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi barədə fikirlər irəli sürülmüşdür.
“Qəbələ” Futbol Klubu bu faktları futbol ictimaiyyətinin diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların mahiyyətindən ibarət olduğunu qeyd edir. “Qəbələ” klubu, eləcə də Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan qaldırmaq qeyri-mümkündür.
“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaqdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
09:45
Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”
-
22:55
"Qəbələ"nin müdafiəçisi əməliyyat olundu
-
20:41
“Turan Tovuz” Ayxan Abbasovla yollarını ayırdı
-
17:16
"Səbail"də ilk ayrılıq yaşandı
-
17:02
Çerçesov: "Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar"
-
16:24
“Qarabağ” - “Zirə” finalına doğru: 37-ci matç
-
15:57
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
-
15:19
Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”