8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Aqil Məmmədov: “Finala layiq oyun oldu”

“Qəbələ”yə qarşı yaxşı oynadıq. Kubokun finalına layiq oyun oldu. Təbii ki, rəqib də zəif deyil. Bununla belə, düşünürəm ki, cavab matçında qələbə qazanacağıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə kubok oyunundan sonra “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

“Neftçi”nin “1 nömrə”si matçın 74-cü dəqiqəsində Aleksey Qayın yerdə qaldığı epizodda penalti olmadığını vurğulayıb: “Həmin epizodda penalti yox idi. Mən topa tullandım, Qay ayağını mənə ilişdirdi”.    

A. Məmmədov 1:1 hesabı ilə yekunlaşan görüşə yaxşı başlamadıqlarını qeyd edib: “Matçın ilk 10-15 dəqiqəsində sanki donmuşduq. Daha sonra oyunumuz alınmağa başladI. Qazanılan nəticə pis deyil”.

“Neftçi”nin qolkiperi cari mövsümdə 9 vərəqə almasına da toxunub: “Razıyam ki, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz etmişəm, buna görə də hakimlər tərəfindən cəzalanmışam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30