28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” 12:2-lik qələbə ilə 1/4 finalda

“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Futbolxeber.az saytının məlumatına görə, çempionluğu 2 tur əvvəl təmin edən U-16-nın qələbə seriyası qırılıb. Keçirdiyi 26 matçın hamısında qalib gələn “qırmızı-qaralar” “Neftçi” ilə ev oyununda 0:1 hesabı ilə uduzub. 27 turdan sonra komandanın hesabında 78 xal var. U-15 də çempion titulu ilə 2-ci matça çıxıb. “Qəbələ” Siyəzənin “Neftçi” İK İB komandasını 3:0 hesabı ilə məğlub edib. Bununla da “qırmızı-qaralar” 33 oyundan sonra xal hesabını 97-yə çatdırıb. “Sumqayıt”la ev oyununda 1:2 hesabı ilə uduzan U-17 24 oyundan sonra 57 xalla 3-cü pillədə qərarlaşıb. U-19 Liqada 18 oyundan 49 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirdiyindən yarışın potensial lideridir.

U-10 Liqasında final mərhələsinə start verilib. 1/8 finalda “Daşqın”la üz-üzə gələn “Qəbələ” hər iki oyunda rəqibinə qalib gəlib. Komanda evdə 3:0, səfərdə 9:2 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31