9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Xəzər Lənkəran”la oyunun hazırlığına start verdi

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran”la oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, ötən turun “Rəvan”la aprelin 15-də keçirilən ev qarşılaşmasından (2:0) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib. Komanda üzvləri bu gün baş tutan məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalarla davam etdirilib. Roman Qriqorçukun yetirmələri növbəti məşqini sabah, günün ikinci yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” - “Qəbələ” oyunu aprelin 23-də keçiriləcək. Lənkərandakı “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq görüş saat 16:30-da start götürəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30