28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Premyer Liqamızda mövsümün 300-cü qolu

Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Futbolxeber.az saytının pfl.az-a istinadən verdiyi məlumata görə, yubiley qolu XXX tura təsadüf edib. Bu turadək baş tutan 29 turun 145 matçında 297 qol qeydə alındığından bu həftəyə təsadüf edən 3-cü top yubiley xarakteri daşıyıb. Mövsümün 300-cü qolunu “Kəpəz”in kapitanı Tural Axundov vurub. O, “İnter”lə qarşılaşmada penaltidən dəqiq istifadə edib. Ümumilikdə isə turun sonunadək qol sayı 306-ya çatıb. 150 matçda bu qədər qolun vurulması nəticəsində orta məhsuldarlıq 2,04-ə bərabərdir. Meydan sahibləri 176, qonaqlar 130 qol vurub.

Xatırladaq ki, mövsümün ilk qolunu 2015-ci il avqustun 9-da Viktor İqbekoyi (“Zirə”), 100-cü qolunu oktyabrın 28-də Vüqar Mustafayev (“Qarabağ”), 200-cü qolunu isə bu il fevralın 14-də Rəşad Sadıqov (“Qarabağ”) vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31