29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Millimiz Avropa çempionatının hazırlığına başlayır: “Tez gəlsəydilər, daha yaxşı olardı”

Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gündən etibarən qitə birinciliyinin hazırlıq prosesinin son mərhələsinə start verir. Futbolxeber.az saytına bu haqda yığmamızın baş məşqçisi Təbriz Həsənov məlumat verib: “Bu gündən etibarən hazırlığa başlayırıq. Hələlik hazırlıq prosesində Azərbaycanda çıxış edən futbolçular iştirak edəcək. 18 futbolçuya dəvət göndərmişik. Daha bir oyunçu isə Ukraynadan gəlib. Bu, Emin Səfixanovdur. Daha əvvəl o, komandamızın düşərgəsində olub. Hazırda hansı vəziyyətdə olduğunu canlı görmək üçün ona da dəvət göndərdik. Türkiyədə, Almaniyada çıxış edən yığma üzvləri isə düşərgəyə ayın 24-dək qoşulacaqlar. Təbii ki, onlar da tez gəlsəydilər, daha yaxşı olardı. Amma həmin futbolçular çempionatda çıxış edirlər. Yerli çempionatda oynayanları özüm tez bir yerə topladım. Çünki futbolçuların çıxışını izləyirik. Bəzi futbolçular son zamanlar formadan aşağı səviyyədə çıxış edirlər. Ona görə də hazırlığa erkən start veririk”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31