9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

“Qəbələ”dən iki çempionluq

Bu gün AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında XXVII turun oyunları keçirilib. Futbolxeber.az saytının məlumatına görə, öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib. Cari mövsümdə keçirdiyi 25-ci matçda da qələbə qazanan “qırmızı-qaralar” xal hesabını 75-ə çatdırıb. Bununla da Yaşar Abuzərovun baş məşqçisi olduğu komanda mövsümün sonuna 3 tur qalmış çempion titulunu təmin edib. “Qəbələ” 24 matç keçirən “Neftçi”ni 21, 21 oyuna çıxan “Əlincə”ni 22 xal qabaqlayır. Bu, “Qəbələ”nin U-16 Liqasında 3-cü çempionluğudur. 2011/2012 mövsümündən keçirilən yarışda 3 qızıl (2012/13, 2013/2014 və 2015/2016) medal qazanan “qırmızı-qaralar” 2 dəfə (2011/2012, 2014/2015) gümüşə yiyələnib.

“Qəbələ”nin U-16 kimi U-15 komandası da cari mövsümün çempionu titulunu qazanıb. XXXI turda “Vətən”lə ev oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” sona 3 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Ehtiyatda 1 oyunu da olan “Qəbələ” 30 matçda 88 xal toplayıb. 29 qələbə və 1 heç-heçəsi olan Xaqani Məmmədovun yetirmələri 3 oyunu qalan “Neftçi” və “İnter”i 13, 4 matçı qalan “Xəzər Lənkəran”ı 14 xal arxada qoyur. “Qəbələ” bu yaş qrupunda ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. 2012/2013 və 2013/2014 mövsümlərində çempion, ötən il gümüş mükafatçı olan “Qəbələ” 3-cü qızılını əldə edib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30