Ölkə futbolu
Tarixi qolun müəllifi... YAZI
Vahabzadə soyadı Azərbaycanda yetərincə məşhurdur. Azərbaycanın ən gözəl şairlərindən olan Bəxtiyar Vahabzadə bu soyadla ədəbiyyatımızda böyük iz buraxıb. Vahabzadə soyadı Azərbaycanın futbolunda da özünəməxsus yer tutur. Bu isə Yaşar Vahabzadənin sayəsində mümkün olub ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) baş məşqçisi olan həmin insan bu gün 56 yaşını qeyd edir.
"Neftçi"də 2 müxtəlif vaxtda...
Özü də o, SSRİ dövründə rəqibi olan məşhur gürcü futbolçu, SSRİ yığmasının kapitanı olmuş Aleksandr Çivadze ilə eyni gündə dünyaya gəlib. Tiflis “Dinamo"sunun əfsanəsi də bu gün 61 yaşını qeyd edir.
Bir çox futbolçularımız kimi, onun da “Neftçi”də oynamaq ən böyük arzularından olub və bu, həyata keçib. Elə Süleymanovla birgə 80-ci illərin əvvəlində Mingəçevirin “Avtomobilçi” klubundan “Neftçi”yə dəvət olunub. Ancaq Süleymanovdan fərqli ona “ağ-qara” formada həm SSRİ dövründə, həm də Azərbaycan milli çempionatında oynamaq nəsib olub. “Neftçi”nin heyətində SSRİ çempionatının həm yüksək liqasında, həm də birinci dəstəsində çıxış edib. Ancaq o, SSRİ dağılan dövrdə Sumqayıt “Xəzər”ində idi, milli çempionatımızda çıxışına da bu klubla başladı, gümüş medalçı oldu.
...ardıcıl böyük uğurlar
Yaşar Vahabzadənin aprelin 1-də ad gününü qeyd edən Vaqif Sadıqovla həmin vaxtdan birgə çıxışı başlayır. Onlar əvvəl “Xəzər”də, sonra Maştağa “Nicat”ında çiyin-çiyinə oynayırlar. Vaqif Sadıqov 1993-cü ildə bu komandada oynayan məşqçi olur və artıq növbəti il “Neftçi”yə baş məşqçi təyin olunur. Yaşar Vahabzadə də həmin vaxt “Neftçi”yə gəlir və artıq müstəqillik dönəmində “ağ-qaralar”ın uğurları üçün çalışır. Həmin dövrlər “Neftçi”nin tarixində ən güclü heyətlərdən biri olur. SSRİ dövründə gələcəyi böyük vəd bir sıra gənc istedadlar həmin vaxt artıq təcrübəli futbolçular kimi komandanı arxasınca daşıyırlar. Nəticədə uğurlar bir-birini əvəzləyir və Yaşar Vahabzadə də bu “qızıl heyət”də olur. O, Vaqif Sadıqovun rəhbərliyi altında ilk dəfə Azərbaycan kubokunun və Superkubokunun qalibi olur, avrokuboklarda iştirak edir, doğma Sumqayıtda ilk xalın qazanıldığı Kipr APOEL-i ilə tarixi matçın iştirakçısı olur.
Ardından “Neftçi”də təcrübəli baş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında daha böyük uğurlar qazanılır - 1995/96 mövsümündə het-trik edilir. Bu, qazanılan çempionluq, kubok və Superlkbok olur. Növbəti mövsümdə daha bir çempionluq və Azərbaycanın tarixində ilk dəfə Çempionlar Liqasında iştirak. Ancaq həmin 1997-ci ildə Polşanın “Vidzev” klubuyla oyun öncəsi iki yerə parçalanma ilə “Neftçi”nin “qızıl heyəti” dağıdılır, bir sıra təcrübəli futbolçular komandadan ayrı düşür. Onların içərisində Yaşar Vahabzadə də olur. Bundan sonra “Dinamo”ya üz tutan yubilyar bir neçə təcrübəli futbolçu və çoxsaylı gənclərlə birgə güclü kollektiv yaradır. Bunun nəticəsi çempionatın gümüş medalı və UEFA kubokuna vəsiqə olur. Yaşar Vahabzadənin avrokuboklarda son çıxışı də həmin vaxt Rumıniyanın “Arceş” klubuna qarşı olur. Futbolçu karyerasına isə ona doğma olan Sumqayıtda - bu dəfə “Kimyaçı” adlanan klubda başa vurur.
Tarixi qol və 40 yaşında vida
Yaşar Vahabzadədən söz düşəndə, ilk olaraq yadıma düşən şeylərdən biri onun karyerasını gec başa vurmasıdır. Bəli, o, yaşıl meydanda çıxışını düz 40 yaşında bitirir. Bu isə milli çempionatımızda heç də hamıya nəsib olmayıb. Özü də Yaşar Vahabzadə bu yaşda da özünü yaxşı tərəfdən göstərir, meydanda “ayaqlarını sürümürdü”. O, eyni zamanda universal futbolçu olması ilə diqqət çəkib. Karyerası boyu daha müdafiənin mərkəzində oynasa da, cinahlarda, dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilib.
Səbəbkar arxa xətt oyunçusu olsa da, yetərincə məhsuldar futbolçu olub. Onun belə çıxışına hətta daha çox qol gözlənilən ön xətt oyunçuları da həsəd apara bilərdilər. Hələ bir şeyi də nəzərə alaq ki, yubilyarın penalti vurmaqla arası olmayıb. Görün, onda 11 metrlik cərimə zərbələrini dəqiq vurmaq bacarığı olsaydı, nə qədər fərqlənə bilərdi. Təbii ki, Yaşar Vahabzadənin vurduğu qollar arasında elə birisi var ki, o, tarixidir, dəyəri böyükdür. Elə bir qoldur ki, bununla futbolçu öz möhürünü vurub. Bəli, bu, Sofiyanın “Lokomotiv” klubu ilə Bakıdakı matçda qələbə topudur. 1996-cı ilin iyulun 24-də keçirilən həmin oyun Azərbaycan klublarının Tofiq Bəhramov adına Respublika stadionunda ilk matçı kimi tarixə düşüb. Debütdə 2:1 hesablı əzmkar qələbə məhz Yaşar Vahabzadənin 90-cı dəqiqədə vurduğu qolla gerçəkləşir.
Yaxşı yadımdadır, müstəqillik dönəmində mərkəzi arenada ilk dəfə həmin oyunu izləmişəm və söhbət açdığım qol indi də gözümün önündə canlanır. Yaşar Vahabzadə müdafiədən topu götürüb hücuma keçir. Rəqibin ofsayd yaratmaq planını ötürmə vermək yox, özü topla irəliləməklə pozur və uzaq məsafədən gözəl qola imza atır. Bununla da hamımıza unudulmaz sevinc anları bəxş edir. Bu, Azərbaycan klublarının nəinki evdə, ümumiyyətlə, avrokuboklarda ilk qələbəsi kimi tarixə düşüb. Göründüyü kimi, Yaşar Vahabzadə qitə miqyaslı turnirlərdə “Neftçi” ilə həm ilk xalın, həm də ilk qələbənin qazanılmasında iştirak edib.
15 illik yığma karyerası
Səbəbkarın bir çoxlarından fərqli futbol həyatında böyük fasilələr olmayıb. O, yaşıl meydanda çıxışını başa vurduqdan sonra məşqçiliyə başlayıb. 2001-ci ildə Şakir Qəribovla birgə az müddət də olsa, “Neftçi”ni birgə çalışdırıblar. Bundan sonra başlayan yığma karyerası isə indiyədək, yəni 14 ildir davam edir. Yaşar Vahabzadə təkcə U-21-də yox, U-19, U-17-də də işləyib, bir neçə dəfə Avropa çempionatında mərhələ adlayıb. Məşqçilikdə ən yüksək dərəcə olan “Pro” kateqoriyasına sahib olan mütəxəssis Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən əməkdar məşqçi adına layiq görülüb. Ötən ilin əvvəlində isə AFFA prezidenti Rövnəq Abdullayev onu U-21-nin baş məşqçisi təyin etdi.
Vahabzadələr həm də idmançı ailəsidir. Belə ki, Yaşar müəllimin həyat yoldaşı Esmira Vahabzadə Azərbaycanın ən güclü, məşhur hənbolçularından olub. Oğlu Fuad isə peşəkar səviyyədə futbolla məşğul olub, atası kimi müdafiəçi olub.
Ad gününüz, Yaşar müəllim!
Mehman SÜLEYMANOv
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi