29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılır

Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının püşkatma mərasimi baş tutacaq. Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 12:30-da start götürəcək. Püşkün nəticəsinə əsasən 16 komanda 4 qrupa bölünəcək. Millimiz ev sahibi olduğu üçün püşkdən kənarda qalacaq və avtomatik olaraq “A” qrupunun 1-ci komandası olacaq.

“A” səbəti: Portuqaliya, Serbiya, Ukrayna, Almaniya, Danimarka, İtaliya, Fransa.

“B” səbəti: Belçika, İngiltərə, Avstriya, Hollandiya, Bosniya və Herseqovina, İsveç, Şotlandiya, və İspaniya

Xatırladaq ki, Avropa çempionatının qrup oyunları 5/6, 8/9 və 11/12 may tarixlərində keçiriləcək. 1/4 final matçları 14/15, yarımfinal görüşləri isə 18 mayda baş tutacaq. Final matçı isə mayın 21-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31