9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan Kubokunun finalı Olimpiya stadionunda

Azərbaycan kubokunun finalının keçiriləcəyi stadiona böyük ölçüdə aydınlıq gəlib. Futbolxeber.az saytının məlumatına görə, həlledici qarşılaşma böyük ehtimalla bölgədə baş tutmayacaq.

Bir müddət öncə finalın Gəncə şəhər stadionunda keçiriləcəyi bildirilirdi. Bununla bağlı açıqlama verən klub rəsmiləri də məlumatı təsdiqləmişdilər. Onlar həmin müddətə kimi stadionun ot örtüyünün və oturacaqlarının normal vəziyyətə salına biləcəyini demişdilər. Lakin klub  rəhbərliyinin məsələyə biganə yanaşması gəncəlilərin kubokun həlledici matçını izləmək arzusunu ürəklərində qoyub.

AFFA və PFL rəhbərliyi Gəncə stadionunun yararsız vəziyyətdə olduğunu nəzərə alıb, matçın orda keçirilməsini məqsədəuyğun bilməyib. Onlar stadion seçimini də artıq ediblər. Belə ki, mayın 25-də baş tutacaq qarşılaşmanın AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılır.

Qeyd edək ki, finala vəsiqə uğrunda “İnter”lə “Qarabağ”, “Neftçi” ilə “Qəbələ” komandaları mübarizə aparacaqlar. Yarımfinalın ilk görüşləri aprelin 27-də, cavab matçları isə mayın 4-də keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30