28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“TOP-TOP”un növbəti buraxılışı

Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" aprelin 5-də bir həftəlik aradan sonra yeni studiyada növbəti dəfə futbolsevərlərin görüşünə gəlib.

Aparıcı Araz Əhmədovun bu dəfəki qonaqları "Futbolxəbər.az" saytının baş redaktoru İbrahim Cəfərov, "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev və "Qaradağ Lökbatan" komandasında eyni postu tutan Əfqan Talıbov olub.

Canlı yayımda birinci divizionda olan problemləri müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib. Futbolumuzda ən aktual mövzulardan olan “hakimlik problemi”, birinci divizion klublarının lisenziyalaşdırmaya münasibəti geniş diskussiyaya səbəb olub.

Qeyd edək ki, "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da "MYVİDEO" kanalında canlı yayımda efirə gedir. "MYVİDEO" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31