8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Uğurlu seriyaya başlamalıyıq”

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL-la oyununun hazırlıqlarını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığmalarının heyətində olan futbolçular da, bu gün paytaxtda oyunöncəsi son məşqinə çıxacaq komandayla birgə çalışır. U-21-in düşərgəsindən qayıdan Elvin Camalov III dövrənin son oyununa hazırlıq barədə fikirlərini gabalafc.az-a açıqlayıb: “Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq. İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb. Səfərdə oynadığımızdan bizi çətin görüş gözləyir. Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq”.

Gənc yarımmüdafiəçi bu görüşdə hədəfin yalnız 3 xal olduğunu bildirib: “Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, cari mövsümdə AZAL-la oyunlarda (2:0, 0:0) 4 xal qazanan “Qəbələ” son 3 matçda rəqibindən qol buraxmayıb. “Qəbələ” uduzmadığı səfərdəki son 5 oyunda 4 qələbə qazanıb və 1 heç-heçə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30