Ölkə futbolu
"Məni kimsə futbola görə bəyənmirsə, heç bəyənməsin”
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Futbolxeber.az saytına müsahibə verib.
- “Neftçi”nin Premyer Liqanın 24-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Birinci hissədə yaxşı oynadıq. Təəssüf ki, fasilədən sonra oyunun ssenarisi dəyişdi. Bu cür vəziyyət bizi qane edə bilməz. İstəyirik, əsasən gənclər oynasın. Komandanın oyunu və nəticələri bizi qane etmir. Bu vəziyyətdən çıxış yolları axtarırıq.
- Əsgər Abdullayev baş məşqçi vəzifəsindən istefa verdi...
- O, istefa versə də, ərizəsi hələ mənə çatmayıb. Bu məsələni müzakirə edəcəyik. Müşahidə Şurası qərar vermişdi ki, yanvardan əcnəbi məşqçi ilə anlaşacaq. Lakin sonradan vəziyyət dəyişdi. Emil Mpenza ilə bağlı gələn cəriməyə görə fikrimizi dəyişdik. Biz də xahiş etdik ki, Əsgər müəllim işini davam etdirsin. Bundan sonra daha yaxşı mütəxəssislə anlaşmalıyıq.
- “Neftçi”nin yeni baş məşqçisi əcnəbi olacaq?
- Baxacağıq. Əsas odur ki, yeni məşqçimiz peşəkar olsun. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdu. O da azərbaycanlıdı, amma işinin öhdəsindən çox yaxşı gəlir.
- Düşünürsüz ki, “Neftçi”nin bütün problemlər baş məşqçi ilə bağlıdı?
- Belə də demək olmaz. Hər şeyi baş məşqçinin üstünə yıxmaq fikrində deyiləm. Vəziyyəti analiz etməliyik. Bəlkə kimsə “Neftçi”də oynamağa layiq deyil. Biz oyundan sonra Əsgər müəllimlə görüşməmişik. Onunla bağlı yekun qərarı Müşahidə Şurası verəcək. Axtardığımız məşqçini tezliklə tapa bilmərik. Elə məşqçi olmalıdır ki, o, bizim həyata keçirmək istədiyimiz proqramı reallaşdıra bilsin. Məqsədimiz “Neftçi”ni Çempionlar Liqasında oynaya biləcək səviyyəyə çatdırmaqdı. Gec-tez bunu edəcəyik.
- Kubokda “Xəzər Lənkəran”la cavab oyununa komandanı kim çıxaracaq?
- Hazırda bizim baş məşqçimiz Əsgər Abdullayevdi. Onun istefasını mən təkbaşıma qəbul edə bilmərəm. Şura qərar verəcək. Əgər istefa veribsə, yəqib qəbul ediləcək. Komanda idman direktoru və başqa məşqçilərimiz var. Ehtiyac olsa, onların xidmətindən yararlana bilərik.
- Son məğlubiyyətlərdən sonra “Neftçi” rəhbərliyindən heç kim mətbuat önünə çıxmırdı. Razısız ki, klub rəhbərliyi təkcə qələbədən sonra yox, məğlubiyyətdən sonra da danışmalıdı?
- Mən həmişə danışmağa hazıram. Udanda da, uduzanda da danışmaq lazımdı. Amma hər yerdə klub rəhbəri danışmır axı. Baş məşqçi də danışmalıdı. Məgər digər klubların prezidentləri hər oyundan sonra müsahibə verir? - “Neftçi”nin uğursuzluğunda əsas günahkar kimdi?
- İlk növbədə mən.Çünki komanda hazırda bu yerdədirsə, ən birinci utanmalı olan insan mənəm. Görünür, nəyisə tələb edə bilməmişəm. “Neftçi” Azərbaycanın brendidi, 7-ci pillədə olmamalıdı. Bütün klublara hörmətim var, amma heç bir komandanı “Neftçi” ilə müqayisə etmək olmaz. Bizi heç 4-cü yer də qane etmir.
- Uzun illər ərzində yazıçı kimi böyük nüfuz toplamısız. Sizə elə gəlmir ki, həmin nüfuzu “Neftçi”də xərclə”də xərcləirsiz?
- İmicimi hansısa restorana, şadlıq sarayına görə yox, yazdığım kitablarım hesabına toplamışam. Məni kimsə futbola görə bəyənmirsə, heç bəyənməsin. “Neftçi”də hər şey şəffafdı. Qafqazda audit firması ilə anlaşan ilk klub məhz bizik.
- “Neftçi”nin rəhbəri kimi ictimaiyyətə təqdim olunan AFFA prezidentindən Bakı Olimpiya Stadionunu istəmişdiniz. Rövnəq Abdullayev də bildirmişdi ki, əvvəlcə “Bakcell Arena”nı doldurun. Kluba 1 ilə yaxındır ki, rəhbərlik edirsiniz. Amma bu müddətdə “Neftçi” heç hazırkı stadionun yarısını da doldura bilmir...
- Olimpiya stadionu SOCAR-a verilib. Əgər biz idarələrə müraciət etsək, tribunaları doldurmaq çətin deyil. Amma bunu istəmirik. Bu gün Bakıda çıxış edən klublar arasında bilet satışını həyata keçirən yalnız “Neftçi”di. Bəzi çətinliklər var ki, bu da təkcə “Neftçi” ilə bağlı deyil. Biz Müşahidə Şurasına gələndə “Neftçi”nin 3 milyon dollar borcu var idi. Daha sonra Mpenza məsələsi ortaya çıxdı. Bu, klubun borcudu və biz günahı kimlərinsə üstünə atmaq istəmirik.
- Bu gün azarkeşləri sərt şəkildə uğursuzluğa etirazlarını bildirdilər. Onlara səbr etmək üçün vaxt deyə bilərsiz? “Neftçi” nə vaxt əvvəlki əzəmətini qaytaracaq?
- Desəm ki, növbəti oyundan etibarən qələbələri sıralamağa başlayacağıq, yalan olar. Bugünkü oyuna heç də pis başlamamışdıq. Komandanın məhz ilk yarıda olduğu kimi çıxış etməsini istəyirik. Yaxşı oyunu izləməyə azarkeş də gələr. Keyfiyyətsiz futbola kim gələcək? Qarşıda “Xəzər Lənkəran”la vacib oyunumuz var. Həmin matçda mütləq qalib gəlməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”