8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Futbolçuların fikrini "Qalatasaray"la oyunla yayındırmaq istəmirəm”

“Bu gün vacib 3 xal qazandıq. Çox düzgün oyun qurduq. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik. Rəqibə əks-hücum üçün şans versəydik, çətinə düşərdik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Qurbanov qol vurduqdan sonra jest edən Mahir Mədətovun hərəkətinə də münasibət bildirib: “Mahir qolu o cür qeyd etməməliydi. Hər futbolçu qol vurmaq yox, komandanın uğuru barədə düşünməlidi. Mahir çox istəkli futbolçudu. Ancaq onun çatışmayan çox xüsusiyyəti var. Qolu o cür qeyd etməsini mən də ona irad tutdum”.

“Qarabağ”ın çalışdırıcısı oyunun gedişində azarkeşlə dialoqa qurmasına da toxunub: “Azarkeş toxunulmazdı. Ancaq həmin zonada tanıdığımız azarkeşlər əyləşmişdi. Xoşagəlməz ifadə işlətdi. Mən də bunun düzgün olmadığını dedim”.

Qurbanov sonda son günlər ən çox müzakirə olunan məsələdən - "Qalatasaray"la oyundan da danışıb: “Futbolçuların fikrini "Qalatasaray"la oyunla yayındırmaq istəmirəm. Biz bu gün ancaq çempionata köklənməliyik. Belə variant var. Əsasən, Türk Hava Yolları bu oyunun keçirilməsini istəyir. Futbolçulara bu oyun barədə fikir bildirməyə qadağa qoymuşam. Ona görə də, hər hansı futbolçumuz bu oyun barədə fikir bildirməsə, onlardan inciməyin”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30