9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Gəncə stadionunda mövsümün sonunadək təmir aparılmayacaq

Yaxın aylarda Gəncə şəhər stadionunda əsaslı təmir işləri aparılmayacaq. Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açıqlama verib.

Onun sözlərinə görə, təmir üçün dövlət tərəfindən vəsait ayrılmalıdır. Amma mayadək bu, baş verməyəcək: "Ötən il də təmirlə bağlı müraciət olunmuşdu. Bu il isə təmirə daha çox ehtiyac var. Çünki həm Gəncənin "Kəpəz" komandası Premyer Liqada çıxış edir, həm də Avropa kuboklarına vəsiqə qazanmağa yaxındır. Amma hələlik lazımi məbləğdə vəsaitin ayrılması gözlənilmir".

M.Cəfərov bildirib ki, Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkilinə dair qərar da hələ verilməyib: "Mən də istərdim ki, final oyunu bizim stadionda olsun. Amma bunun üçün müəyyən işlər görülməlidir. Ot örtüyündən öncə drenaj sistemi dəyişdirilməlidir. Stadionun hazırkı durumu avrokubok oyunu keçirməyə də imkan vermir. Ola bilsin, cari mövsüm başa çatdıqdan sonra təmir işlərinə başlanıldı".

Qeyd edək ki, AFFA Klublar Komitəsinin son iclasında Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkili tövsiyə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30