9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bülənt Qorxmaz Bakıya gəlir

Türkiyənin əfsanəvi futbolçusu Bülənt Qorxmaz Azərbaycana gəlməyə hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az saytına 47 yaşlı mütəxəssis özü açıqlama verib.

“Bakı”nın sabiq çalışdırıcısı martın sonlarında yenidən ölkəmizə gələcəyini bildirib. Budəfəki səfərdə məqsəd isə Azərbaycan Premyer Liqasının oyunlarını izləməkdi: “Ayın sonlarında bir həftəlik ölkənizə gələcəm. Bu müddətdə çempionat oyunlarını izləyəcəm, özüm üçün siyahı tutacam”.

Son klubu “Mersin İdmanyurdu” olan Qorxmaz hazırda işsiz olsa da, bunun qısa sürəcəyinə inanır. Bu səbəbdən də gənc mütəxəssis gələcək komandasında görmək istəyəcəyi futbolçuların adlarını indidən müəyyənləşdirməyə başlayıb. “Qalatasaray”ın sabiq müdafiəçisi azərbaycanlı futbolçuları da özü ilə aparmaq niyyətindədi.

O bildirib ki, bəyəndiyi azərbaycanlı oyunçular var: “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən bir neçə futbolçu diqqət mərkəzimdədi. Orda olduğum müddətdə həmin oyunçuları canlı izləyəcəm. Maraq göstərdiyim futbolçuların hamısı azərbaycanlılardı. Əlbəttə ki, içlərində bəyəndiklərim olsa, gələcəkdə hansısa klubun “sükanı arxası”na keçəndə onları da ora aparacam”.

Qeyd edək ki, futbolçu karyerası yalnız “Qalatasaray”la bağlı olan Bülənt Qorxmaz 2007-ci ildən məşqçiliyə başlayıb. 2009/10 mövsümündə “Bakı”nı çalışdırmış “böyük kapitan” PRO kateqoriyalı məşqçi kursunu da ölkəmizdə alıb.

 




Ad: Anar;   E-mail: ---

05.03.2016 00:25

O Pro Azerbaycanda almayib. Bu duzgun melumat deyil.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30