29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Azərbaycan Avropa çempionatında özünü yaxşı tərəfdən göstərə bilər”

Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Petrakov Futbolxeber.az saytına müsahibə verib.

- Ardıcıl ikinci yoxlama oyununda Azərbaycan millisi üzərində qələbə qazandınız (1:0). Görüşlə bağlı nə deyə bilərsiz?

- Biz Elit raundun oyunlarına hazırlaşırıq. Ona görə indiki məqamda bizim üçün qələbə vacib deyil. Bugünkü oyun göstərdi ki, hələ hazır deyilik. Azərbaycan millisi bizdən daha hazırlıqlıdı. Bərabər səviyyəli oyun keçdi. Hətta deyərdim ki, çox bərbad oynadıq. Sadəcə əlimizə düşən bir epizoddan yararlandıq. Belə oyunla Elit raundda uğurlu nəticə qazana bilməyəcəyik. Bu gün sərgilədiyimiz oyuna görə çox məyusam.

- Xüsusən ikinci hissədə komandanızın orta xətti zəif təsir bağışladı. Bunun səbəbi nədir?

- Komandamızın aparıcı yarımmüdafiəçisi Maksim Çex zədədən sonra 20 gün oynamamışdı. O, “Şaxtyor”da forma geyir. Donetsk klubunun heyətində PSJ-yə qarşı da çıxış edib. Zədədən sonra bu gün ilk dəfə ona şans verdim. 50 dəqiqə meydanda mübarizə apardı. Lakin o, meydandan çıxdıqdan sonra orta xətdə çox zəif təsir bağışladıq.

- Azərbaycan millisinin daha hazırlıqlı olduğunu qeyd etdiniz. Bu halda qol vurmaq üçün yığmamızda nə çatmadı?

- Fərdi olaraq texniki ustalıq çatışmır. Bu problem bizim komandada da var. Avropalılarda vəziyyət fərqlidi. Belə ki, ispan, ingilis futbolçular əllərinə düşən imkanı dərhal qola çevirirlər. Bizim, sizin futbolçuların fərqlənməsi üçünsə ən azı 3-4 epizod lazımdı. Həm də biz dar məsafədə çətinliklə üzləşirik.

- Azərbaycan yığmasına qarşı keçirilən 2 oyun Ukrayna millisinə nə verdi?

- Bu oyunların bizə çox faydası oldu. Fürsətdən istifadə edib, bir daha AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. 2 oyunda səhvlərimizi, çatışmazlıqlarımızı gördük. Dayanmadan çalışmalıyıq. Elit raunda 20 gün qalıb. Bu müddətdə daha çox işləməliyik. Fiziki baxımdan artırmasaq, uğur qazanmaq şansımız olmayacaq.

- 2 oyunda millimizi iş başında gördüz. Bu komanda Avropa çempionatında nəyə ümid edə bilər?

- Bilirəm ki, bizimlə oyunlarda bəzi aparıcı futbolçular meydana çıxmamışdılar. Azərbaycan millisi düzgün yoldadı. Çox yaxşı komandanız var. Bu yığma Avropa çempionatında özünü yaxşı tərəfdən göstərə bilər.

- Avropa çempionatına vəsiqə qazansanız, Azərbaycanla eyni qrupda yer almaq istərdiniz?

- Bu qədər uzağa getmək istəmirəm. Məşqçi həyatı elədir ki, sabah necə olacağını bilmirsən. Amma mayda yenidən burda olmaq istərdim. Azərbaycanda gördüklərim məni məmnun etdi. Yığmanıza uğurlar arzulayıram. Əlimizdən gələni edəcəyik ki, Bakıda keçiriləcək Avropa çempionatında mübarizə aparaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31