Ölkə futbolu
Təbriz Həsənov: “Futbolçu çatışmazlığından əziyyət çəkirik”
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Futbolxeber.az saytına müsahibə verib.
- Yoxlama oyununda Ukrayna millisindən alınan 0:2 hesablı yenilgini necə şərh edərdiz?
- Təbii ki, məğlub olmağı heç kim istəmir. Bu gün birinci hissədə tam da olmasa, müəyyən üstünlüyümüz vardı. Komanda pis təsir bağışlamadı. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Fasilədən sonra yorğunluq özünü göstərdi. Rəqibə nisbətən komandamızda cəldlik itdi. Bunun da nəticəsində 2 qol buraxdıq.
- Yorğunluq fiziki yüklənmədən irəli gəlir?
- Təbii ki. Məşqlərlə yanaşı, ötən həftə Rusiya ilə 2 oyun keçirmişdik. Rusiya millisi kimi Ukrayna da Bakıya optimal heyətlə gəlib. Rəqiblər meydana rəsmi oyun kimi çıxırlar. Bu da başadüşüləndi. Çünki 10 gündən sonra Elit raundda mübarizə aparacaqlar. Bu oyunların bizə də xeyri var. Rəqiblərin gücünü hiss edirik. Komandamızda problemlər var. Xüsusən də hücum xəttində. Futbolçu çatışmazlığından əziyyət çəkirik. Axtarışlarımız davam edir. Çalışırıq ki, yaxşı hücumçu tapaq.
- Bu gün hücum xəttində Anil Jilaza şans verdiz. Onun oyunu sizi qane etdi?
- Onu daha əvvəl də sınamışdıq. Sonra müəyyən müddət zədəli oldu. Ona görə yenidən şans verdik ki, hazırkı durumunu görək. Oyunundan razı qalmadım. Daha sürətli, daha güclü futbolçulara ehtiyac duyuruq. Bu gün yoxladığım futbolçulardan razı qalmadım.
- Onu gələcəkdə yenidən sınamaq fikriniz var?
- Qarşıda Ukraynayla daha bir oyunumuz var. Onu həmin görüşdə də sınamaq fikrim var. Özünü yaxşı tərəfdən göstərsə, gələcəkdə də şans verə bilərik. Beynəlxalq oyunlarda çox əvəzetməyə imkan verilmir. Sərəncamımda eynisəviyyəli 18 oyunçu yoxdu. Əvəzetmədən meydana daxil olan futbolçu üçün oyunun sürətini tutmaq asan deyil. Bu gün də əvəzetmələrdən sonra oyunumuzda nizam-intizam itdi. Futbolçularda yorğunluq vardı. Əgər, imkanım olsaydı, 11 futbolçunun hamısını dəyişərdim. Rəqib bizdən çox qaçdı. Fasilədən sonra Ukrayna millisi pressinq tətbiq etdi və bu da tez-tez top itirməyimizə gətirib çıxardı.
- Qarşılaşmanın birinci hissəsində komandamızın cinah müdafiəçiləri hücuma tez-tez qoşulurdular. Bu, sizin xüsusi tapşırığınız idi?
- Mən komandaya rəhbərlik etdiyim ilk gündən bu tapşırığı veririk. Çünki müasir futbolda cinah müdafiəçiləri mütəmadi olaraq hücuma dəstək verirlər. Hər zaman bu sistemdə oynamaq istəyirik. Amma mütəmadi etmək alınmır. Oyun ərzində bunu tez-tez etmək üçün güc lazımdı. Bu gün ikinci hissədə edə bilmədik. Çünki komanda yorulmuşdu.
- Bu gün qapıda şans verdiyiniz Kamran İbrahimov ümidləri doğrultdu?
- Buraxılan qollarda Kamranın ciddi xətalarının olduğunu deməzdim. Hələ ki, ona güvənirik.
- Murad Popova gələcəkdə yenidən şans verməyiniz mümkündü?
- Təbii ki, o bizim oyunçudu. Qapıçı bir səhvə yol veribsə, onun üstündən xətt çəkə bilmərik. Gələcəkdə Popova yenə şans veriləcək.
- Ukrayna ilə oyunda ilk dəfə Harun Enes Nural və Taylan Özgün də komandanın heyətində yer aldı.
- Onlar ilk dəfədir ki, milliyə cəlb olunurlar. Daha əvvəl də dediyim kimi, yaxşı hücumçu axtarışındayıq. Lakin bu gün onların çıxışını bəyənmədim
- Axtardığınız hücumçunu Azərbaycanda tapmağınız çətin görünür...
- Bəli. Azərbaycandakı hücumçuların hamısını yoxlamışam. Amma istədiyimiz səviyyədə forvard yoxdu.
- Bu, təkcə U-17-nin yox, bütün aşağı yaş qrupu üzrə milli komandalarımızın problemidi.
- Həqiqətən də elədi. Bu problem bütün komandalarda var. Hazırda yığmanın 1 hücumçusu var - Doğukan Öksüz. Amma ən azı daha 1 hücumçuya ehtiyac duyuruq. Daha bir forvard bizə Avropa çempionatında çox lazım olacaq.
- Avropa çempionatının startına təxminən 2 ay vaxt qalıb. Bundan sonrakı planlarınız nədən ibarətdi?
- Yenə Bakıya hansısa rəqibi dəvət etməliyik. Məqsəd güclü yığmayla üz-üzə gəlməkdi. Amma bu, apreldə mümkün olacaq. Həmin vaxt Avropa ölkələrindən birini Bakıya dəvət edəcəyik. Lakin indidən hansı rəqiblə qarşılaşacağımızı demək çətindi. Çünki bunun üçün Elit raundun oyunları baş tutmalıdı. Martda da Bakıda toplanış keçəcəyik. Həmin vaxt Azərbaycan klubları ilə üz-üzə gələcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi