9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Juninyo müayinədən keçdi

“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldonun durumuna aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, zədəli olan və bu səbəbdən sonuncu turda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalan braziliyalı Maqnit Rezonans Tomoqrafiyasından keçib. Yarımmüdafiəçi sağ baldırın arxa əzələsinin dartılmasından əziyyət çəkir.

MRT müayinəsindən sonra klubun tibb personalı tərəfindən müalicəyə başlanılıb. Osvaldo müalicə ilə bağlı komandanın bu günkü məşqini buraxıb. Sabahdan isə fərdi qaydada məşqlərə başlaya biləcək. 

Juniorun həftəsonu “Rəvan”la keçiriləcək oyuna kimi hazır olub-olmayacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30