7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Rövnəq Abdullayev: "Təhlükəsizlik məsələləri Azərbaycan üçün problem deyil"

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Superkuboku uğrunda “Qalatasaray” - “Fənərbaxça” matçının Bakıda baş tutmamağına aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, assosiasiya rəhbəri Türkiyə Futbol Federasiyasının (TFF) müraciətinə niyə müsbət cavab verə bilməməklərini səbəbini açıqlayıb.

O bildirib ki, TFF-nin nəzərdə tutduğu tarixdə - avqustun 11-dən 1 gün sonra matçın keçirilməsi nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan komandalarının oyunu planlaşdırılıb: “Öz komandalarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələləri gündəmə gəldiyi üçün məcburən mənfi cavab verdik. Həmin tarixdə matçın gerçəkləşməsi imkansız olduğundan, belə alındı”.

AFFA prezidenti Superkubok matçının oynayacağı gün Azərbaycana xeyli “Qalatasaray” və “Fənərbaxça” azarkeşlərinin gələcəyi, təhlükəsizlik problemlərinin yaranacağı və ölkəmizin qərarının bu səbəbdən mənfi olmağı ilə bağlı iddiaları yanlış olduğunu söyləyib: “Qalatasaray” və “Fənərbaxça”nın əzəli rəqabətindən və bunun tərəfdarlara necə təsir etdiyindən xəbərdarıq. Ancaq verdiyimiz qərarda bu məsələnin heç bir təsiri olmadı. Təhlükəsizlik məsələləri Azərbaycan üçün problem deyil. Yeganə səbəb öz komandalarımızın keçirəcəyi oyunla Türkiyə Superkuboku matçının eyni tarixlərə düşməyidir”.


ajansspor.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30