8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Zirə” mövsümün rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının debütantı “Zirə” ardıcıl 4-cü qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib. Evdə keçirdiyi XIX turda “İnter”i, XXI turda “Rəvan”ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib. XX turda “Sumqayıt”ı bu hesabla məğlub edən zirəlilər bu dəfə “Xəzər Lənkəran”ın meydanında 3 xalı 2 cavabsız qola əldə edib. Çempionatın I dövrəsində - V-VII turlarda 3 qələbədən ibarət seriyası olan “Zirə” özünün yeni rekordunu müəyyənləşdirib. Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə “Qarabağ” (II-V və X-XIII turlarda), hərəyə bir dəfə “Qəbələ” (V-VIII turlar) və AZAL (XVI-XIX turlar) belə seriyaya imza atmışdı. XXIII turda “Neftçi”ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30