29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Xəzər Lənkəran”ın kapitanı: “Qələbəyə layiq olan tərəf biz idik”

“Neftçi” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Çünki bu oyunun “Xəzər Lənkəran” üçün necə önəm kəsb etdiyini hamı bilir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilov deyib.

T. Cəlilov “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları üçün təəsssüfünü gizlətməyib: “Oyun bərabər səviyyədə keçdi. Hətta deyərdim ki, ikinci hissə birincidəkindən daha yaxşı oynadıq. Qol vurmaq üçün şanslarıız da oldu. Lakin bunlardan yararlana bilmədik. 90 dəqiqə ərzində vuruşsaq da, təəssüf ki uduzduq”.

“Xəzər Lənkəran”ın kapitanı bəxtlərinin gətirmədiyin vurğulayıb: “Qələbəyə layiq olan tərəf biz idik. Amma bəxtimiz gətirmədi. Oyundakı ilk real qol vəziyyətini də biz yaratmışdıq. Həmin anda hesabı açsaydıq, qalib gələrdik”.

Cəlilov kubokda “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarda uğur qazanmağa çalışacaqlarını qeyd edib: “Əsas fikrimizi kuboka yönəltmişik. Avrokuboklara yollanmaq üçün yeganə şansımız kubokadı. Kubok görüşlərində “Neftçi”yə qarşı daha da istəkli oynayacağıq. Bütün gücümüzü meydanda qoyacağıq ki, “Neftçi”ni mübarizədən kənarlaşdıraq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31