29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Məsimovu bizə Prosineçki məsləhət görüb"

"Domjale" klubunun idman direktoru Matey Orajen yeni transferləri Samir Məsimov haqda danışıb. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Orajen azərbaycanlı futbolçunun komandanın aparıcı üzvünə çevriləcəyinə inandığını bildirib: "Samir Azərbaycanın ən yaxşı gənc futbolçularından biridir. Onu bizə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki məsləhət görüb. Biz də Samirlə müqavilə imzalamamışdan öncə Prosineçki ilə məsləhətləşdik. Samir çətin dövrü geridə qoyub və inanırıq ki, klubumuzda yaxşı oyun sərgiləyəcək. O, matçın tempini dəyişə biləcək, texnikalı və sürətli futbolçudur. Artıq ilk məşqdən özünü yaxşı tərəfdə göstərib. Bu mənada düşünürəm ki, Samir komandanın aparıcı üzvü ola bilər".

Qeyd edək ki, Sloveniya klubu Samir Məsimovla 3 illik müqavilə imzalayıb.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31