9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyev: “Kəpəz” göstərdi ki, hər bir rəqibə qarşı futbol oynamağı bacarır”

“Əvvəlcə bu soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə minnətdaram. Oyuna gəlincə, matç bizim üçün ağır keçdi”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XX turunda AZAL-ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının qələbəsini belə şərh edib: “AZAL atletik, mübarizəni sevən komandadır, müdafiədə etibarlı oynayır. Altı oyun idi ki, qapısından top buraxmırdı. Biz bunu bilirdik. Komandam göstərdiyi taktiki-texniki, kombinasiyalı oyundan başqa bu gün atletik futbol oynamağı bacardığını da sübut etdi. Uşaqlar göstərdilər ki, hər bir rəqibə qarşı futbol oynamağı bacarırlar. Hesab oyuna görə oldu. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar. Bizi qarşıda “Qarabağ”la çətin görüş gözləyir. Həmin matça hazırlaşmalıyıq” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30