8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bəhmən Həsənov: “Futbolçular maaşların nə zaman ödəniləcəyini soruşur”

"Bu gün 26 futbolçu və 4 qapıçı ilə məşq keçmişik. Saat birə qalmış məşqimizi başa vurmuşuq və heç kim də mənə maaşla bağlı etirazını bildirməyib". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Rəvan" klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

Maliyyə problemi səbəbindən bir neçə futbolçu komandanı tərk etsə də, B.Həsənov hazırda məşqlərin normal davam etdiyini söyləyib: "Hər hansı məşqi boykot etməkdən, oyuna çıxmamaqdan söhbət gedə bilməz. Düzdür, futbolçular maaşların nə zaman ödəniləcəyini soruşur. Bu məsələni də rəhbərliklə danışmışam və fevralın 5-dək maaşlar ödəniləcək. Noyabr və dekabr aylarının borcları isə hissə-hissə veriləcək".

55 yaşlı mütəxəssis Premyer Liqanın növbəti turlarındakı rəqiblərindən danışıb: "Ardıcıl olaraq "Neftçi", "Zirə" və "Qəbələ" komandaları ilə ağır oyunlarımız var. Xal qazanmaq üçün nə etməyin lazım olduğunu düşünürəm. Rəqiblər çox güclüdür. Lənkəranda qolsuz başa çatan oyunda qələbə qazana bilərdik. Ancaq demək olar ki, bəxtimiz gətirmədi".

Qeyd edək ki, "Rəvan" FİFA-nın sanksiyasından sonra 6 xalından məhrum olub. Hazırda klub Azərbaycan Premyer Liqasında 7 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30