28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi” “Domjale”dən cavab gözləyir: “Təklifimizi qəbul etsələr, transfer reallaşacaq”

"Sloveniyanın “Domjale” klubu həqiqətən də Samir Məsimovun transferi ilə bağlı “Neftçi”yə təklif göndərib”. Bunu Futbolxeber.az saytına açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov deyib.

Klub rəsmisi hazırda qarşı tərəfdən cavab gözlədiklərini bildirib: “Biz həmin təklifi dəyərləndirməyə hazırıq. Artıq qarşı tərəfə şərtimizi bildirmişik. Hazırda onlardan cavab gözləyirik. “Domjale” təklifimizi qəbul etsə, transfer reallaşacaq”.

M. Rəsulov keçidə görə Sloveniya klubundan transfer haqqı istəmədiklərini bildirib: “Şərt maddi məsələ ilə bağlı deyil. “Neftçi” bu keçiddən pul qazanmaq istəmir. Futbolçunu havayı buraxmağa hazırıq. Şərtimiz odur ki, gələcəkdə “Domjale” Samir Məsimovu başqa kluba satacağı halda, həmin keçiddən “Neftçi”yə də pay düşməlidir. Bu, çox sadə şərtdir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31