9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Cavid İmamverdiyev: “Lap Amerikada hazırlıq keç, çıxıb futbol oynamaq lazımdı”

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Futbolxeber.az saytına müsahibə verib.

- “Sumqayıt” üzərində qazanılan minimal hesablı qələbəni necə şərh edərdin?

- “Sumqayıt” güclü komandadır. Birinci hissədə kompakt oynaya bilmədik. Bu səbəbdən də oyunumuz yaxşı alınmadı. Lakin fasilədən sonra daha yaxşı çıxış etdik. Qol şansımız oldu və dərhal hesabı açdıq. Belə oyunların taleyini 1 qol həll edir.

Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Növbəti oyunlarda daha yaxşı oynayacağıq.

- Matçın gedişində yüzfaizli qol şansını qaçırdın. Bunu həyəcanla əlaqələndirmək olar?

- Yox, həyəcanlı deyildim. Belə hallar çox olub. Sadəcə qapıçını görmədim. Topu saxlayanda rəqib artıq qarşımdaydı. Növbəti oyunlarda belə şansım olsa, mütləq dəyərləndirəcəyəm.

- Avrokuboklara vəsiqə qazansa belə, müəyyən səbəblərdən “Zirə” və “İnter” qitə kuboklarından kənarda qala bilər. Bu məqam “Neftçi”nin ümidini artırır?

- Yox, biz ona ümid bağlamaq istəmirik. Çalışırıq ki, özümüz avrokuboklara vəsiqə qazanaq. “Neftçi” xalqın komandasıdı. Çalışırıq ki, Avroliqaya, Çempionlar Liqasına vəsiqə qazanacaq.

- Çempionlar Liqasını qeyd etdin. Həqiqətənmi “Neftçi” hələ də çempionluğa ümid edir?

- Əlbəttə, çempion olacağımıza inamımız qalıb. “Neftçi” hər zaman çempionluğa oynayıb. Allahın işidi. Ya çempion olub Çempionlar Liqasında, ya da ikinci yerin sahibi kimi Avroliqada çıxış edəcəyimizə inanıram.

- Belə oyunla “Neftçi” məqsədinə çata bilər?

- III dövrə təzə başlayıb. Dəqiq proqnoz vermək çətindi. Gələn oyunlarda daha yaxşı çıxış edəcəyik. Adımıza layiq oynayacağıq

- “Sumqayıt” Antalyada, “Neftçi” Bakıda hazırlıq keçdi. Lakin qələbə qazanan tərəf siz olduz. Bu, nəyəsə işarədi?

- Deməzdim, çünki istəyirsən lap Amerikada hazırlıq keç, çıxıb futbol oynamaq lazımdı. Əsas olan tablodakı yekun nəticədi. Bakıda hazırlıq keçməyimiz çox yaxşı oldu. Hazırlıq prosesimiz əla keçdi. Baş məşqçimiz arada imkan verirdi ki, evimiz gedib, yaxınlarımızı da görək. Məndən olsa, istərdim ki gələcəkdə də təlim-məşq toplanışlarını Bakıda keçək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30