Ölkə futbolu
Azərbaycan millisinin məşqçisi: “Ermənistanda çalışarkən ağlıma da gəlməzdi ki...”
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin köməkçilərindən biri - Qordan Tsipriçin müsahibəsi
- Azərbaycandakı işiniz necə gedir?
- Buraya gəlməzdən öncə ölkəniz haqqında ətraflı məlumat topladım. Xüsusilə də ölkənizdə çalışmış, oynamış futbolçu və məşqçilər xeyli müsbət sözlər söyləmişdilər. Onlar haqlı imişlər. Mən təkcə öz işimdən yox, həm də bizə qarşı münasibətdən çox razıyam.
- Siz də Prosineçki kimi Bakıda yaşayırsınız?
- Bəli, Bakıda yaşayıram. Etiraf edim ki, heç ilk günlərdən də heç bir çətinliyim olmadı. Uyğunlaşma çox yaxşı keçdi. Burada özümü rahat hiss edirəm. Çoxlu ölkədə çalışmışam. Amma ilk dəfədir ki, hansısa ölkədən Bakıya gələndə özümü evimə qayıdırmış kimi hiss edirəm. Bu, çox xoşdur. Ölkənizdəki həyatımdan həzz alıram.
- Xorvatiyanın paytaxtı Zaqreb sakit şəhərdir. Amma Bakı Zaqrebdən çox fərqlənir, səs-küy çoxdur. Bu, sizi narahat etmir?
- Məni yox. Belə böyük şəhər üçün hərəkətlilik, səs-küy normaldır. Burada çoxlu əcnəbi var. Bakı mənim üçün böyük meqapolisdir.
- Vaxtilə Ermənistanda da çalışmısınız. Düşünürdünüz ki, nə vaxtsa Azərbaycanda işləmək imkanı qazanacaqsınız?
- Ermənistana təsadüfən getmişdim. Avropa çempionatından sonra İvo Şuşak mənə orada çalışmağı təklif etdi. Gözlənilməz zəng idi. Düşünmək üçün çox az vaxtım var idi. Risk etdiyimi anlayırdım. Mart ayından oktyabra qədər orada işlədim. Demək olar ki, yarım il. Şübhəsiz ki, orada çalışarkən ağlıma da gəlməzdi ki, nə vaxtsa Azərbaycanda da işləmək imkanı qazanaram.
- Azərbaycan qonşu ölkədən necə görünürdü?
- Ermənistanda olarkən hansısa problem olduğunu hiss etmirdim. Öz işimlə məşğul idim.
- AFFA ilə danışıqlar apararkən Ermənistanda çalışmağınız hansısa problem yaratmadı?
- Niyə problem yaratmalı idi ki? Elə bir şey olmadı, ola da bilməzdi. Mən Azərbaycanda çalışdığım üçün fəxr edirəm. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bu münaqişə üzündən qaçqınlar öz doğma yurdlarına, evlərinə qayıda bilmirlər. Bu, çox üzücüdür. "Qarabağ" öz ev oyunlarını Ağdamdakı öz meydanında keçirə bilmir. Oxşar hallarla biz də üzləşmişik. Bu üzdən də Azərbaycan xalqının ağrısını yaxşı başa düşürəm. Bu, faciədir.
- Azərbaycan futbolunun perspektivi barədə nə düşünürsünüz?
- Perspektiv yaxşıdır. Elə gənclərdən ibarət yığma komandanın son nəticələri də bu sözlərimə əyani sübutdur. Bu komanda son bir il ərzində böyük sıçrayışa nail olub. Gənc futbolçular başa düşürlər ki, uğur qazanmaq, müəyyən səviyyəyə qalxmaq üçün çox çalışmaq lazımdır. "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışı da çox şeydən xəbər verir. Bu iki klubun uğuru sıradan statistika deyil. Bu, artıq yeni səviyyəyə qalxmaqdan xəbər verir.
U-21-in üzvləri indi əsas yığmada rəhbərliyiniz altında çıxış edən futbolçulardan daha yaxşı ola bilərlər?
- Bu suala cavab vermək bir qədər çətindir. Ümid edirəm ki, bu futbolçular əsas milli səviyyəsinə yüksələcəklər və daha da yaxşı oynayacaqlar.
- Yəqin bilirsiniz ki, yeni seçmə mərhələdə millinin məşqçilər korpusundan daha böyük uğur gözlənilir?
- Biz özümüz də özümüzdən daha artığını tələb edirik. İşimizə pis başlamamışıq, amma bu, o demək deyil ki, istəyimizə çatmışıq. Əsas iş hələ qarşıdadır. Biz sadəcə, güclü komandalarla rəqabət aparacaq gücdə olduğumuzu göstəmişik. Yeni tsiklin startını səbrsizliklə gözləyirik. Şəxsən mənim üçün sentyabr ayını gözləməkdənsə, həmin oyunlara sabahdan başlamaq daha yaxşı olardı (gülür).
- Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki şansları barədə nə düşünürsünüz?
- Çətin qrupa düşmüşük. Biz də bunu başa düşürük. Amma bu, bəraət ola bilməz. Qarşıda sentyabr ayına təsadüf edəcək San-Marino səfəri var. Bir ay sonra isə Norveçi qəbul edəcəyik. Artıq həmin oyunları düşünməyə başlamışıq. Amma hadisələri qabaqlamaq da düzgün olmaz.
- Neçə xal toplamağı hədəfləyirsiniz?
- Seçmə mərhələyə uğurla başlamaq çox vacibdir. Şəxsən mən ilk iki oyundan altı xalla ayrılmağı arzulayıram.
- Robert Prosineçki tənqidlərə necə yanaşır? Yəqin ki, xal toplamayacağınız halda tənqidlərin sayının çox olacağını başa düşürsünüz?
- Nə onun, nə məşqçilər korpusunun tənqidlərlə bağlı problemi var. Nəticə yaxşı deyilsə, tənqid normal haldır.
- Bu mövsüm Premyer Liqanın qalibi kimi görürsünüz?
- "Qarabağ"ı.
Mənbə: azerisport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir