8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” “Antalyaspor”u məğlub etdi

Yanvarın 16-dan Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, hazırlıq planında dəyişiklik edilən “qırmızı-qaralar” yerli “Antalyaspor”un əvəzedici heyəti ilə üz-üzə gəlib. Ramin Quliyev bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Murad Popov, Murad Musayev, Tural Məmmərzayev, Amin Seydiyev, Yusif Nəbiyev, Emin Zamanov, Qismət Alıyev, Ramil Hasanov, Roman Hüseynov, Sahil Mirzəyev, Ülvi İbazadə.

Oyunun gedişində Ülvi İsgəndərov İbazadəni, Əziz İsmayılov Seydiyevi, Rövlan Muradov Mirzəyevi, Hacıağa Hacılı Zamanovu, Vəzir Musayev Məmmərzayevi əvəzləyib.

İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qəbələ” oyunun fasiləsinədək rəqib qapısından iki qol keçirib. Komandanın heyətində Ramil Hasanovla Emin Zamanov fərqləniblər. Fasilədən sonra isə Rövlan Muradov antalyalıların qapısına yol tapıb. Türkiyə təmsilçisi bu üç qoldan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, ilk oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun gənclərdən ibarət komandasına 0:1 hesabı ilə uduzan əvəzedicilər hazırlıqları 3:1 hesablı qələbə ilə tamamlayıb. Bu matçla yoxlama oyunlarını başa vuran komanda yanvarın 23-də vətənə dönəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30