8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Xəzər Lənkəran” baxışda olanlarla bağlı qərarını verdi

“Xəzər Lənkəran” baxışda olan futbolçularla bağlı qərarını verib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” heyətini gücləndirmək üçün həmin oyunçuların çoxunu komandada saxlamağı məqsədəuyğun bilib.

Bu barədə məlumatı cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov verib: “Hazırda bir neçə futbolçunu sınayırıq. Onlar arasında Nodar Məmmədov, Mirzağa Hüseynpur, Orxan Səfiyaroğlu kimi Premyer Liqa təcrübəsi olan oyunçular da var. Adıçəkilən futbolçularla çox güman ki, müqavilə imzalayacağıq. Həmçinin baxışda olan daha iki hücumçunu da komandada saxlamağı düşünürük”.

Baş məşqçi bununla da kifayətlənmək fikrində olmadıqlarını deyib: “Gənclər yığmamızın bir neçə oyunçusunu da heyətə cəlb etməyi düşünürük. Onlarla danışığımız olub. Antalya toplanışından qayıtmalarını gözləyirik. Ayın sonlarında konkret bilinəcək. Həmçinin Rasim Ramaldanov və Tural Cəlilovdan da cavab gözləyirik. Razılıq versələr, onlar da komandaya qayıdacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30