29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qəbələ" Danimarka və Yaponiya yığmalarına qarşı

“Qəbələ”nin əsas komandası kimi, əvəzedici heyəti də məşqlərə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, qış fasiləsinə zirvədə yollanan gənc futbolçular 16 günlük istirahətdən sonra yanvarın 6-da bir araya gəliblər. Əvəzedici komandanın baş məşqçisi Ramin Quliyevin “Qəbələ IK” qəzetinə verdiyi məlumata görə, hazırlıq prosesi iki mərhələdən ibarətdir: “Dövrələrarası fasilədə ilk təlim-məşq toplanışını Qəbələdə keçiririk. Əsasən fiziki hazırlığın yüksəldilməsinə hesablanan bu toplanış yanvarın 15-də başa çatıb".

Yanvarın 16-da səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanan əvəzedici komanda qardaş ölkəyə 20 futbolçu aparıb. Komandanın 3 üzvü - Bəhlul Mustafazadə, Roman Hüseynov və Yusif Nəbiyev isə daha öncədən Antalyadadır. Adıçəkilən oyunçular yanvarın 10-da əsas komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanıblar. Əvəzedicilər də “böyük qardaş”ları kimi, Antalyada 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. Quliyevin yetirmələri yanvarın 19-da Almaniyanın tarixi klublarından olan “Ayntraxt”ın 19 yaşlılardan təşkil edilmiş komandası ilə üz-üzə gələcəklər. Bundan 4 gün sonra Danimarkanın U-19 millisi “Qəbələ”ylə qarşılaşacaq. Nəhayət, yanvarın 25-də “qırmızı-qaralar” Yaponiyanın böyük yaş qrupundan ibarət yığması ilə görüşəcək. Təlim-məşq toplanışı yanvarın 26-da yekunlaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31