29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Bakı”da klubdaxili toplantı: “Heç kimi zorla komandada saxlamayacağıq”

Qış fasiləsindən sonra “Bakı”nın üzvləri bu gün bir araya gəliblər. Klubdan Futbolxeber.az saytına verilən məlumata görə, bazada bu gün toplantı keçirilib. Toplantıda icraçı direktor Yaşar Seyidov, məşqçilər, futbolçular, eləcə də klubun əməkdaşları iştirak edib.

Yaşar Seyidov çıxışında klubun ümumi vəziyyətindən söz açıb. Seyidov bildirib ki, heç kimi zorla komandada saxlamayacaqlar. Istəyən gedə bilər. Kim məşqlərdə və oyunlarda iştirak edəcəksə, qala bilər. “Bakı”nın gələcəyi ilə bağlı konkret söz deməyən Seyidov, bütün suallara klub prezidenti Hafiz Məmmədovun vətənə qayıdışından sonra aydınlıq gələcəyini vurğulayıb. Sonda bildirilib ki, komanda sabahdan etibarən məşqlərə start verəcək.

Qeyd edək ki, rəsmi olaraq “Bakı” Elşad Manafov. Rüstəm Rüstəmli. Yusup Hakimov və Umar Akmurzayevlə yollarını ayırıb. Kamil və Habil Nurəhmədov qardaşları isə hazırda klubdan cavab gözləyirlər. Vəziyyət düzələcəyi halda, onlar yenidən “Bakı”nın formasını geyəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31