29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” Almaniya klubu ilə heç-heçə oynadı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, təmsilçimiz Almaniyanın “Osnabryuk” klubu ilə qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk III liqa təmsilçisi ilə qarşılaşmada aşağıdakı heyətə şans verib:

Andrey Popoviç, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Sergey Zenyov, Rəşad Sadiqov, Ermin Zets, Aleksey Antonov.

“Osnabryuk” isə qarşılaşmaya Marvin Şvabe, Kim Falkenberq, Aleksander Derço, David Pisot, Tobias Villers, Antoni Sinre, Kristian Qross, Massimo Omatelli, Maykl Honştedt, Menqa, Halil Savrandan ibarət “11-lik”lə başlayıb.

“Gloria” məşq meydançalarında baş tutan görüş “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Lakin “qırmızı-qaralar” ilk yarıda rəqibin qapısına yol tapa bilməyib. Matçda ilk qol qarşılaşmanın 57-ci dəqiqəsinə təsadüf edib. “Qəbələ”nin Bosniya və Herseqovinadan olan hücumçusu Ermin Zets hesabı açıb - 1:0.

Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə edib. “Qəbələ”də Vojislavı Bəhlul Mustafayev, Rafaeli Vitali Vernidub, Qayı Rikardinyo, Arifi Yusif Nəbiyev, Alekseyi Rəşad Eyyubov, Rəşad Sadiqovu Dodo, Vadimi Qismət Alıyev, Andreyi David Petrzkieviç, onu isə Dmitri Bezotosnı, Ermini Samir Zərgərov, Sergeyi Asif Məmmədov, Məhəmmədi isə baxışda Pavel Paşayev əvəzləyib.

Görüşün 83-cü dəqiqəsində matçdakı 2-ci qol vurulub. Almaniya təmsilçisi hesabı bərabərləşdirib - 1:1. “Osnabryuk”un heyətində Pisot fərqlənib. Bundan sonra qarşılıqlı hücumlarla keçən görüşdə hesab dəyişməyib.

Beləliklə, 2016-cı ildə ilk matçını keçirən “Qəbələ” “Osnabryuk”la sülh bağlayıb - 1:1.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31