29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Səlahət Ağayevin “Sumqayıt”a transfer olunması milliyə problem yaradacaq”

“Səlahət Ağayevin “Sumqayıt”a transfer olunması 21 yaşadək futbolçulardan ibarət milli komandamıza problem yaradacaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri U-21-in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Son zamanlar U-21-ə dəvət alan hər iki qapıçı - həm Şahruddin Məhəmmədəliyev, həm də Tərlan Əhmədli “Sumqayıt”da forma geyir. Səlahət Ağayevin bu kluba keçidi isə adıçəkiən 2 gənc qapıçının heyətə düşməsinə çətinlik yaradacaq.

Vahabzadənin fikrincə, indiki məqamda gənc qapıçıların Səlahət Ağayevlə rəqabətdən qalib ayrılması inandırıcı deyil: “Son zamanlar həm Tərlan, həm də Şahruddin “Sumqayıt”ın qapısını qoruyurdu. Normal da çıxış edirdilər. Amma Səlahətin transferi onlar üçün əlavə çətinlikdi. Futbolda hər şey mümkündü. Rəqabət mütləq olmalıdı. Lakin aydın məsələdir ki, bundan sonra “Sumqayıt”ın “1 nömrə”si Səlahət olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31